ÜST xərçəng riskini artırdığını söylədi və xəbərdarlıq etdi:

Sağlam bədənə sahib olmaq və xəstəliklərə qarşı müqavimət qazanmaq üçün istehlak etdiyiniz hər qidaya diqqət yetirmək lazımdır. Sağlam qidalanma vərdişləri bədənin ümumi sağlamlığının qorunmasının qızıl açarıdır. Ancaq son vaxtlar məşhurlaşan, düşündüyünüz qədər faydalı olmayan bir içki var.

Gununsesi.info xəbər verir ki, “Yulaf südü” son zamanların məşhur içkilərindəndir. Ümumiyyətlə, yulaf südü sağlamlığa faydaları baxımından əhəmiyyətli hesab edilsə də, Ümumdünya Səhiyyə Təşkilatı bu içkinin riskli olduğunu vurğulayır.

Lakin ABŞ alimləri ÜST-ün yulaf südünü riskli hesab etməsi ilə razılaşmırlar.

ÜST yulaf südü istehlakının şiş inkişafı ilə əlaqəli olduğunu ortaya qoydu.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yulafın yetişdirilməsi prosesində istifadə edilən “qlifosat” adlı pestisid xərçəng riskini artırır.

ABŞ mütəxəssisləri Ümumdünya Səhiyyə Təşkilatının bu fikri ilə razılaşmadıqlarını bildirsələr də, 2023-cü ildə aparılan araşdırmada yoxlanılan 14 qeyri-üzvi yulaf südünün hamısında qlifosat aşkar edilib.

Diyetoloq və qida fəalı Kortni Svan da insanlara yulaf südü istehlak etməmələri barədə xəbərdarlıq edib.

Orxan Saffari

Gununsesi.info