
Suraxanı rayon Polis İdarəsinin əməliyatçıları mənzillərdə təmir işlər ilə məşqul olan ustanın dəzgahını oğurlamaqda şübhəli bilinən şəxsi yaxalayıb.
Gununsesi.info xəbər verir ki, Suraxın rayon polis idarəsinə ərizə ilə müraciət edən vətəndaş ona məxsus olan “parket” aparatının oğurlanmasından şikayət edib. Usta polis əməkdaşlarına bildirib ki, bir cavan oğlan Suraxanı rayonunda mənzildə parket işləri görmək lazım olduğunu deyib. Taksiyə əyləşib həmin mənzilə yollananda cavan adam taksini tikinti materialları mağazasının yanında saxlatdırıb. Usta avtomobildən düşüb dükana girəndə cavan oğlanın yoxa çıxdığını görüb. Mağazadan çölə çıxanda isə gəldiyi taksini yerində tapmayıb.
Ustanın parket aparatı cavan oğlanla birlikdə yoxa çıxıb. Hüquq mühafizə orqanı əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ustanı aldadanşəxs müəyənləşdirilib. Şübhəli şəxs qismində saxlanılan 28 yaşlı Alqayıt Məmmədov ustanın parket aparatını oğurlamasını etiraf edib. Alqayıt Məmmədov oğurladığı parket maşınını taksi ilə səkkizinci kilometr bazarınadakı inşaat materialları mağazalarından birinə satıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, Alqayıt Məmmədov bundan öncə narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün həbs olunub. Bu dəfə isə o, CM dələduzluq maddəsi ilə ittiham olunur. faktla əlaqədar Suraxanı rayon polis idarəsində başlanan Cinayət işi üzrə araşdırmalar davam edir.
Gununsesi.info