“Üstünə baxırsan ki, dörd və ya beş ulduzlu oteldir, amma içərisi mal tövləsi” - Millət vəkili

  • By admin
  • 16 Sentyabr 2016 13:30
ARAZ
“Bizdə artıq beş ulduzlu və dörd ulduzlu otellərin tikilməsinə son qoyulmalıdır. Onlara heç bir ehtiyac yoxdur. Bizdə iki və üç ulduzlu otellərə ehtiyacvar, onlar lazımdır”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Araz Əlizadə parlamentin qarşıdan gələn növbəti payız sessiyası ilə bağlı Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sentyabrın 16-da keçirilən iclasında “Turizm haqqında” yeni qanun layihəsin müzakirəsi zamanı deyib.
“Onsuz da bizdə dörd və beş ulduzlu otellərin sadəcə, adı var. Üstünə baxırsan ki, dörd ulduzlu və ya beş ulduzlu yazılıb, amma içərisi mal tövləsidir. Belə biabırçılıq olmaz. Qiymətləri də kəllə-çarxa qaldırıblar, milləti soyurlar”-deyən millət vəkilinin sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi bu məsələdə çox ciddi olmalıdır.
Sözügedən komitənin sədri Hadi Rəcəbli də Azərbaycanda artıq dörd və beş ulduzlu otellərə ehtiyac olmadığını deyib.
“Przidentimiz özü də çıxışında dedi ki, artıq iki və üç ulduzlu ötellər tikilməlidir. Ona görə də bu məsələ mütləq nəzərə alınmalıdır”.
Kamil Həmzəoğlu
Gununsesi.info