
Daxili İşlər Nazirliyinə yeni mətbuat xidməti təyin olunub.
Gununsesi.info xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə nazirliyin mətbuat xidmətinə polis polkovniki Ehsan Zahidov rəhbər təyin edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl bu qurumun rəhbəri Sadiq Gözəlov xidmətdə olmanın yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilmişdi. Ehsan Zahidov isə uzun illər idi ki, sözügedən idarədə rəis müavini olaraq çalışırdı.
DİN mətbuat xidməti faktı təsdiqləyib.
Gununsesi.info