
Hüquq-mühafizə orqanlarında və dövlət idarəçiliyindəki qanunsuzluqlara etiraz edərək, prokurorluq orqanlarından könüllü istefa verən Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun cinayət işi iyulun 4-də məhkəməyə göndəriləcək. Bu barədə Gununsesi.info-nu onun vəkili Bəhruz Bayramov məlumatlandırıb. Vəkilin sözlərinə görə, artıq ittiham aktı tərəflərə təqdim edilib: “İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. İşdə guya bir neçə zərərçəkənin olduğu qeyd olunur. Biz məhkəmədə Rüfətin tam günahsız olduğunu isbat edəcəyik. Amma proses necə olacaq, bu başqa məsələdir”.