Üsyankar səfir “dostlar”ını sildi

  • By admin
  • 13 İyul 2016 16:26

arif

 

“Əvvəllər tərəddüd etmədən dostluğa hamını qəbul edirdim, indi isə mənim fikirlərimə şərik çıxan, ölkədəki siyasi prosessləri dərindən izləyən insanları qəbul etməyə çalışıram”. Gununsesi.info-nun məlumatına görə, bu haqda Azərbaycanın Avropa Şurasındakı sabiq səfiri Arif Məmmədov özünün facebook səhifəsində yazıb. Keçmiş səfir statusunda dostlarına müraciət ünvanlayıb: “Əziz dostlar, Son zamanlar dostluq sorğuları göndərən insanların sayı artdığına görə bu məsələyə daha məhsuliyyətli yanaşmağa məcburam. Əksinə, son zamanlar daha çox dostluqdan silməklə məşqulam. Əvvəllər tərəddüd etmədən dostluğa hamını qəbul edirdim, indi isə mənim fikirlərimə şərik çıxan, ölkədəki siyasi prosessləri dərindən izləyən insanları qəbul etməyə çalışıram.

Məqsədim say deyil, əsil mənada dost, tərəfdar, həmfikirlər, eyni dəyərlərə şərik çıxan dostlar şəbəkəsi yaratmağdır. Sizlərdən sorğu göndərməkdən öncə mənə mesaj yazmağınızı və məqsədlərinizi bildirməyinizi xahiş etmək istərdim”.

 

Gülnaz Qənbərli