Cari ilin 6 ayı ərzində 2254 müəssisədə 2586 yoxlama keçirilib.
Gununsesi.info xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyev altı ayın yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, 1963 müəssisədə uyğunsuzluq müəyyən edilib.
Onun sözlərinə görə, ciddi nöqsan aşkarlanan 316 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb:
“Nöqsanları aradan qaldıran 95-nin fəaliyyəti bərpa olunub”.
Ə.Nəbiyev qeyd edib ki, uyğunsuzluq aşkarlanan 1600 tona yaxın, 450 min litr və 130 min ədəd məhsul məhv edilib, 430 ton məhsul utilizasiya olunub.
“Ticarət şəbəkələrindən isə 1 tondan artıq uyğunsuz məhsul yığışdırılıb. Keçirilən reydlər zamanı mənşəyi məlum olmayan və istehlaka yararsız 30.7 ton ət, o cümlədən 432 kq at əti məhv edilib”, – o vurğulayıb.












