Çinin repressiya siyasətinə görə sığınacaq istəyən 5 uyğur türkünün Macarıstanda tutularaq Serbiyaya deportasiya edilib və bu ölkədən Çinə geri göndərilmə riski ilə üzləşdikləri iddia edilib.
Gununsesi.info xəbər verir ki, Avropa İttifaqı ölkələrinə sığınmaq üçün yola çıxan Çin əsilli 5 uyğur türkünün Macarıstan polisi tərəfindən yaxalandığı iddia edilib. Serbiyada uyğur türklərinin saxlanıldığı bildirilib. İddia edilib ki, təhlükəsizlik qüvvələri “Serbiya hökumətinin onları Çinə geri göndərmə ehtimalından narahat olan 5 uyğur türkünə bir qədər pul qarşılığında sərbəst buraxıla biləcəklərini bildiriblər”.
Qeyd olunub ki, Çin pasportu daşıyan Haximu Yikəşan, Mövlan, Əbdülbasit və digər iki uyğur türkü 2023-cü il noyabrın 9-da Türkiyədən təyyarə ilə Avropa İttifaqı ölkələrində sığınacaq almaq üçün Bosniya və Herseqovinaya, daha sonra avtomobil yolu ilə Xorvatiyaya, oradan da Macarıstana gediblər.
“Uygur News” qəzetində yer alan iddialara görə, saxlanılan Haximu Yikeşan Macarıstandan Avstriyaya gedərkən Macarıstan polisi tərəfindən saxlanılıb və Serbiyaya deportasiya edilib.
Qeyd olunub ki, 5 gündür Serbiyadakı repatriasiya mərkəzində saxlanılan uyğur türklərinə noyabrın 14-dən etibarən telefon danışığı hüququ verilib. Bildirilib ki, saxlanılan şəxslərə həbs müddətinin təxminən 2 ay davam edə biləcəyi bildirilib.
Saxlanılan uyğur türklərinin Serbiyanın hansı bölgəsində olduqlarını bilmədikləri və Serbiya hökumətinin onları Çinə geri göndərməsini istəmədikləri bildirilib.
Gununsesi.info