Üzən həbsxana inşa olunur – FOTOLAR

  • By admin
  • 21 Aprel 2017 10:50

18034994_1828649434125299_1946294752_n

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, fransız memarlar qeyri-adi həbsxana layihəsi hazırlayıb.

Bu həbsxana gəmidə yerləşəcək və orada minlərlə kamera yer alacaq. Üzən cəza evi dünya miqyasında vergidən yayınanlar və saxtakarlıqdan həbs olunan məhbuslar üçün nəzərdə tutulub.

Yük gəmisi üzərində inşa edilməsi planlaşdırılan həbsxana Orta Amerika ölkəsi olan Panamanın paytaxtı Panama şəhərinin ətrafındakı sularda üzəcək.

Qeyri-adi cəza evi layihəsi həyata keçirilərsə, burada yalnız dünyanın ən varlı və güclü simaları saxlanılması planlaşdırılır.

3300 nəfər məhbus üçün nəzərdə tutulan həbsxana bir tərəfi qadınların, digər tərəfi isə kişilərin olmaqla iki hissəyə ayrılacaq.

18035446_1828649480791961_1284931459_n 18051853_1828649440791965_1681292793_n 18052670_1828649444125298_1418050526_n 18072740_1828649447458631_843419230_n

Gununsesi.info