Üzərində qızıl-zinət əşyaları aşkar edildi - FOTO

  • By admin
  • 21 Dekabr 2016 14:39

qizil-zinet
610 qram qızıl-zinət əşyaları aşkar edildi.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Azərbaycan Respublikası istiqamətindən Rusiya Federasiyası istiqamətinə gedən Rusiya Federasiyası vətəndaşının üzərində aparılmış şəxsi yoxlama zamanı onun üzərindən – əynindəki gödəkçənin ciblərindən gömrük nəzarəti zamanı bəyan edilməmiş 610 qram qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info