Üzərinə qaynar su tökülən 2 yaşlı uşaq öldü

  • By admin
  • 23 Yanvar 2017 11:30

usaq

Azərbaycanda 2 yaşlı uşaq faciəli şəkildə ölüb.

Gununsesi.info APA-ya istinadən məlumat verir ki, bir neçə gün əvvəl Samux rayon sakini, 2015-ci il təvəllüdlü Tamara Zaur qızı Mustafayevanın üzərinə qaynar su tökülüb.

Təcilli olaraq xəstəxanaya çatdırılan azyaşlını xilas etmək mümkün olmayıb və o, ötən gün Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info