Uzaq Şərqdə bir sutkada 14 min hektaradək meşə yandı

  • By admin
  • 19 İyul 2017 08:33

uzaq şerq

Meşə yanğınları dünən Uzaq Şərqdə 14 min hektar ərazini məhv edib. Uzaq Şərq Federal Dairəsi meşə təsərrüfatının məlumatında yanmış meşələrin 10,7 min hektarının Yakutiyada olduğu bildirilir.

Gununsesi.info RİA Novosti saytına istinadla xəbər verir ki, Uzaq Şərq Federal Dairəsi ərazisində dünən 12 yeni meşə yanğını olub. Yanğının söndürülməsinə 740 nəfər, 80 vahid texnika və beş hava gəmisi cəlb edilib.

Uzaq Şərqdə meşə yanğınlarının sayı 91-ə çatıb. Səhərə yaxın 12 meşə yanğını söndürülüb. Davam edən 79 meşə yanğınından 64-ü Yakutiyada, 13-ü Xabarov diyarında, 1-i Saxalində, 1-i Maqadandadır.

Gununsesi.info