Üzdəki ləkələri yox edən möcüzəvi maska

  • By admin
  • 10 Avqust 2017 21:20

kartof-maskasi

Üzdəki ləkələr yayda daha çox özünü biruzə verməyə başlayır.

Gununsesi.info saglamheyat.com-a istinadən xəbər verir ki, kartof maskası bazarda yüksək qiymətə satılan kosmetik məhsullardan daha təsirli və təbii həlldir.

Kartof açıq ləkələri təmizləyir. Qocalma izlərini yox edir və sızanaqları azaldır.

Üzdəki ləkələr üçün kartof maskası necə hazırlanır?
Kartofları qalın parçalara ayırın. Bir kartof parçasının üzərinə bir neçə damla su əlavə edib və daha sonra dərinizə sürtün. Bunu təxminən 8-10 dəqiqə edin. Sonara üzünüzü ilıq suyla yuyun. Prosesi gündə üç və ya dörd dəfə ən az bir ay müddətlə təkrarlayın.

Ləkə üçün daha bir kartof maskası:
Bir ədəd kartof rəndələyin və suyunu sıxın.Bərabər miqdarda limon suyu əlavə edin və yaxşıca qarışdırın.
Bu qarışığı ləkə olan bölgəyə tətbiq edin. Təxminən 20-30 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq suyla yuyun. Prosesi bir ay ərzində iki dəfə təkrarlayın.

Göz ətrafındakı tünd ləkələr üçün:
Hər gecə yatmazdan əvvəl pambığı kartof suyuna batırın və gözələrinizin üzərinə qoyun. 1 həftə ərzində gözləriniin ətrafındakı tünd halqalara əlvida deyə bilərsiniz.

Gununsesi.info