Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan şəxs müəyyən olunub

  • By admin
  • 06 Yanvar 2023 12:35

Dahi bəstəkar Üzeyir Hacıbəylinin Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə ayaqqabı atan şəxs müəyyən olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev məlumat verib.

Nurlan Əliyev deyib ki, həmin şəxs barəsində qanunamüvafiq tədbir görülüb: “Həmin şəxs müəyyən olunub, polis orqanına dəvət edilib və barəsində qanunamüvafiq tədbir görülüb”.

Gununsesi.info