Üzgüçümüz Tokioda ikinci dəfə çempion oldu

  • By admin
  • 31 Avqust 2021 12:46

Azərbaycan üzgüçüsü Raman Saleh Tokio-2020 Yay Paralimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.

Gununsesi.info xəbər verir ki, idmançımız 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında bütün rəqiblərini üstələyib.

Qeyd edək ki, R.Saleh bundan əvvəl 100 metr məsafəyə arxasıüstə üzmə yarışında çempion olub.