Uzman-doktor Rusiyadakı anti-korrupsiya aksiyalarından yazdı

  • By admin
  • 06 Aprel 2017 20:55

vasifis

Tanınmış uzman-doktor Vasif İsmayıl özünün sosial şəbəkədəki səhifəsində Rusiyada xalqın keçirdiyi son anti-korrupsiya aksiyalarından yazıb.

Gununsesi.info Vasif İsmayılın həmin qeydlərini təqdim edir:

Nifrət edirəm.

Əsədə də nifrət edirəm.

Rusiyanın axmaq hakimiyyəti və ideologiyasına da.

Onlara haqq qazandıranlara da.

Mən, həkiməm. Can verən adam çox görmüşəm.

Amma İdlibdəki kimyəvi bombardman nəticəsində quruya çıxarılmış balıq kimi can verən insan görməmişdim.

Allah bəlanızı versin.

İndi isə bir az daha ciddi.

Rusiya küncə sıxışıb. Bütün “xodlarını” gedib. Amma artıq öz xalqı narazılığa başlayıb. Keçən həftə bütün Rusiyanın 84 şəhərində gedən yolsuzluğa qarşı mitinqlərin bu hakimiyyətin axırını gətirəcəyi gün kimi aydındır.

Rusiya hakimiyyətini ancaq xarici hərhqnsı bir ölkə ilə müharibə qurtara bilər. Əks halda Rusiya xalqı hakimiyyətin arxasında durmayacaq.

Peterburqda metroda baş verən partlayışlarla Suriyada İdlibdə kimyəvi silahla hücum eyni məntiqdəndir və eyni məqsədə xidmət edir.

aksiyamoskva