Üzrləri günahlarından betər oldu- MƏLAHƏT İBRAHİMQIZI

  • By admin
  • 22 İyul 2020 12:40

Serbiyadan Ermənistana silah tədarükü və satışı ilə bağlı növbəti açıqlama Azərbaycanda birmənalı qarşılanmayıb.
Serbiya tərəfinin Azərbaycandan gələn etirazlardan sonra ziddiyyətli açıqlamasına Azərbaycan Serbiya Parlamentlərarası dostluq qrupunun rəhbəri Məlahət İbarhimqızı münasibət bildirib.

Gununsesiaz.info-ya açıqlamasında millət vəkili bildirib ki, verilən cavab
Azərbaycanı qane edə bilməz:
“Əslində mən Azərbaycan – Serbiya Parlamentlərarası dostluq qrupunun sədri kimi bu problemə münasibət bildirmişəm. Sözsüz ki, Azərbaycan XİN daha sərt təpki göstərdi. Həqiqətən də, dost bildiyin ölkə tərəfindən belə bir olayın baş verməsi ürəkaçan deyil. Bu etiraf da heç də qaneedici deyil.
Azərbaycan xalqının belə bir atalar sözü var: ” Dost dar gündə tanınar”. İnsanlar arasında dostluğa sadiq olmaq, ölkələr və dövlətlər üçün də eynidir. Bizim ölkəmiz və dövlətimizin başçısı bu məsələdə dünya üçün örnəkdir. Bir daha çox üzücü. Serbiya ticarət , turizim və telekommunikasiya nazirinin açıqlamasına isə deyə bilərəm ki, üzrü günahından böyük.
Nazirin dediyinə görə, bu işə onun nazirliyindən başqa əlavə, ixrac icazəsinə Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi də imza atmışdır . Görünür , onlar starteji əməkdaşlıq etdikləri ölkə qarşısında məsuliyyət və öhdəliklərinin nə olduğunu bilmirlər”

Günay

Gununsesiaz.info