“Üzüklərin hökmdarı” və “Harri Potter”in qəhrəmanları bir arada  –

  • By admin
  • 14 Fevral 2021 21:42

Bu il iki əfsanəvi filmin – “Üzüklərin hökmdarı” və “Harri Potter”in lentə alınmasından 20 il ötür.

Britaniyanın “Empire” nəşri bu münasibətlə filmlərin baş qəhrəmanlarını canlandıran Elayca Vud və Daniel Redklifi bir araya gətirib. Məşhur aktyorlar jurnala müsahibə verib və nəşrin üz qabığı üçün birgə foto çəkdiriblər.

“Sehrin 20 ili. Elayca Vud və Daniel Redklif “Üzüklərin hökmdarı” və “Harri Potter”in yubileyini qeyd etmək üçün bir araya gəliblər”, – deyə jurnalın “Instagram” paylaşımında yazılıb.

Müsahibə zamanı “Frodo” və “Harri” çəkiliş meydançasında baş vermiş ən maraqlı hadisələri xatırlayıb, öz personajları ilə necə işlədikləri barədə məlumat veriblər.

Xatırladaq ki, hər iki film 2001-ci ildə ekranlara çıxıb.

Onu da qeyd edək ki, bu iki ulduz ilk dəfədir ki, bir araya gəlib, birgə şəkil çəkdirib və müsahibə veriblər.

 

Gununsesi.info