Uzun Həsənin oğlunun türbəsi mədəniyyət parkına köçürülüb - FOTOLAR

  • By admin
  • 12 May 2017 17:48

2de74295bab8c9b087e52155d907bd17_k (1)

Bu gün Türkiyənin Batmanda Ağqoyunlu hökmdarı Uzun Həsənin döyüşlərdə şəhid düşən oğlu Zeynel üçün tikdirdiyi türbə Hasankeyf Yeni Mədəniyyət parkına köçürülüb.

Gununsesi.info “habertürk”ə istinadən xəbər verir ki, 1200 ton ağırlığında olan məqbərə 550 ildən sonra xüsusi avadanlıq vasitəsi ilə mövcud yerindən 2000 metr aralıda yerləşdirilib.

Uzun Həsənin oğlu Zeynel 1473-cü ildə osmanlılarla döyüşdə Batman yaxınlığında tarixə “Otlubeli döyüşü” kimi düşmüş savaşda şəhid olub. Həmin vaxt Uzun Həsən Osmanlı padşahı ikinci Mehmet Sultanla üz-üzə gəlir.

Uzun Həsən Ağqoyunlu dövlətinin (1468-1503/1508) banisi, sərkərdə və dövlət xadimidir. Bayandur tayfasından idi. Uca boylu olduğuna görə “Uzun Həsən” ləqəbini alıb.

1473-cü ilin ortalarında Venesiya ilə odlu silah təminatı barədə yeni razılığa gələn Uzun Həsən qoşunlarını yenidən Aralıq dənizi sahillərinə yeridir. Bu dəfə II Mehmet Ağqoyunluları yolda qarşılayır. Uzun Həsən düşməni, Ağqoyunlu süvariləri üçün daha münasib bir yerə gətirmək məqsədilə ölkənin içərilərinə doğru irəliləyir. Osmanlılar ehtiyatla onu təqib edirlər. Uzun Həsən Fərat çayının sol sahilinə çıxır, osmanlılar isə cənuba dönərək, sağ sahillə hərəkət edirlər. Uzun müddət heç biri çayı keçməyə cürət etmir. Nəhayət, avqustun 1-də Malatya yaxınlığında çoxdan gözlənilən döyüş başlayır. Ağqoyunlu qoşunu düşməni aldatmaq məqsədilə bir az geriyə çəkildi. Bu hərəkəti zəiflik sanan Xasmuradın qüvvələri mühasirəyə alındılar, Uzun Həsən qalib gəldi, Osmanlı sərkərdəsi isə həmin döyüşdə öldürüldü. Bu gərgin döyüş üç saata qədər davam edir və Uzun Həsənin tam qələbəsi ilə başa çatır. Təxminən 50 min osmanlı əsgəri həlak olur, 150 zabit və 35 nəfər yüksək səviyyəli sərkərdə isə əsir düşür. II Mehmet sülh müqaviləsi bağlamağı təklif etsə də, Uzun Həsən hərbi əməliyyatları davam etdirmək qərarına gəlir. Osmanlıların qüvvələri tükənməmiş Fərat çayının sağ sahilləri ilə geri çəkilirlər.

Bu döyüşdən on gün sonra Uzun Həsənin öz qüvvələrinə arxayın olan sərkərdələri onu inandırıb, çayı keçmək və osmanlıları biryolluq əzmək fikrinə gətirirlər. Əvvəl-əvvəl osmanlıları mühasirəyə alaraq, artilleriyadan istifadə etməyə imkan verməmək onlara müyəssər olur. Osmanlılar mühasirəyə alınıblar və məğlubiyyət ərəfəsindədirlər. Son anda isə onlar hiyləgər bir manevr edərək, mühasirədən çıxır və artilleriyalarını işə salaraq, təqribən 8 saat davam edən döyüşü udurlar. Bu döyüş tarixə “Otluqbeli vuruşu” kimi daxil olub. Həmin qələbə osmanlılara elə ağır başa gəlir ki, sultan hərbi əməliyyatları davam etdirmədən və hətta Ağqoyunlulara qarşı heç bir ərazi iddiası irəli sürmədən tez-tələsik İstanbula yola düşür.

Uzun Həsən yenə də ona vəd olunmuş silahları alıb, ordusunu lazımınca silahlandıra bilmir.

5ec15404fc95a3bfda150a68d1509a3d_k

1301b545268977e183febce8365d7a38_k

09117b39408b357cf21778e22796a963_k

20014ef93e6c4e3fe540d87924d13b7a_k

743685c7729f2c264a9ecbd8f8f4c69a_k

Mürtəza

Gununsesi.info