Uzun ömrün sirri yalnız yediyimiz və içdiyimiz qidalardan deyil, ailə bağlarının möhkəmliyindən də asılıdır.
Gununsesi.org Teleqraf.com-a istinadən bildirir ki, elm adamları dünyanın ən uzunömürlü insanlarının yaşadığı bölgələri araşdırarkən, uzunömürlülüyün sirri ilə bağlı aşağıdakı nəticələrə gəliblər:
1. Bu insanlar ümumiyyətlə, idman etmirlər, amma həyatlarında fiziki fəaliyyətə çox yer ayırırlar. Əkin işləri, pilləkənlərlə qalxmaq, bağdakı otları biçmək, velosiped sürmək və sair bu kimi fəaliyyətlərlə məşğul olurlar.
2. Uşaqlıqdan bəri qorunan yaxın dostluq münasibətləri var. Onlarla tez-tez görüşürlər.
3. Ailə bağları çox güclüdür. Daim ailə ilə ünsiyyət qururlar və narahat olurlar.
4. Tərəvəzlərlə qidalanırlar. Əlbəttə ki, onlar heyvan qidalarını da istehlak edirlər, lakin bitki mənşəli qidalara daha çox yer ayırırlar.
5. Yeməyi kiçik porsialarla qəbul edirlər.
6. Stressdən uzaqdırlar.
7. Sadiq insanlardır. İnanclarının tələb etdiklərini edirlər.
8. Dostları sağlam bir həyat sürdükləri üçün hər kəs bir-birinə müsbət bir şəkildə töhfə verir.
9. Hər bir meyvə və tərəvəzdən öz mövsumunda istifadə edirlər.
10. Düzgün yuxu rejimləri var. Mütəmadi yuxu çox vacibdir, bədəndəki yorğunluğu azaldır və siz günə gümrah başlayırsınız.