Üzünü ülgüclə kəsdi, 211 min lirə qazandı…

Londonda bir mağazadan aldığı ülgüclə üzünü kəsən Nik Silverthorn günahın şirkətin olduğunu iddia edərək məhkəməyə müraciət edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Silverthorn 6 min 650 dollar (221 min TL) qazanıb.

Silverthornun üzünün hər iki tərəfi kəsilib. Bıçaqlarının nasaz olduğunu iddia edən şəxs şirkətə qarşı iddia qaldırıb.

Kəsiklərinin həftələrlə sağalmadığını və izlər buraxdığını ifadə edən Silverthorn, “Bunlar sıradan bir kəsik deyildi. Qanama dəqiqələrlə dayanmadı” deyib.

 

Orxan Saffari

Gununsesi.info