Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Riyad Məmməd oğlu Əliyarov Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində vəfat edib.
Gununsesi.info Unikal-a istinadən xəbər verir ki, R.Əliyarov Xaçmaz rayonunun Xudat şəhərindəndir. Vəfat edən əsgərimizin özündən böyük 2 qardaşı var. O, evin son beşiyidir.
R.Əliyarovun valideynləri Xudatda zəhmətkeş insanlar kimi tanınır.
Qeyd edək ki, Riyad Əliyarov sabah Xudat şəhərində torpağa tapşırılacaq.