“Vəhhabizmi Qərbin tələbi ilə biz yaydıq”
Gununsesi.info xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Muhəmməd ibn-Salman əs-Saud Washington Post-a müsahibəsində dünyada Vəhabbizm cərəyanının yayılması ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Səudiyyə vəliəhdinin belə cəsarətli, səmimi və gözlənilməz bəyanatı ciddi rezonansa səbəb olub.
1940-cı illərdən ABŞ-ın strateji tərəfdaşı olan Səudiyyə Ərəbistanı təkcə enerji sahəsində deyil, eyni zamanda Ərəbistan yarıamdasında digər sahələrdə sıx əməkdaşlıq edib.
Məhz Səudiyyə Ərəbistanı Qərbin istəyi ilə Ərəbistanında radikal dini cərəyan olan Vəhhabizmin yayılmasında da müstəsna rol oynayıb.
Beynəlxalq ekspertlər də belə hesab edir ki, məhz bunun nəticəsidir ki, son illərdə radikal islamizm mötədil cərəyanları üstələyərək dünyaya meydan oxuyur. Məhz radikal islamın kökündə də Vəhabbizm dayanır.
Gununsesi.info