Vəkil Bəhruz Bayramov ATƏT-in Müşahidə Missiyasının təmsilçiləri ilə görüşüb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı vəkil Bəhruz Bayramov ilə görüşüb.

Bu barədə Gununsesi.info-ya məlumat verən vəkil Bəhruz Bayramovun sözlərinə görə, ATƏT-in Müşahidə Missiyasının Media üzrə analitiki Yeqor Tilpinov və hüquq üzrə analitiki Svetlana Çetaykina ilə görüşüb.

Görüşdə Azərbaycanda insan haqları sahəsində vəziyyət müzakirə olunub:

” Bu mövzü ətrafında həbsdəki jurnalistlərin, siyasi fəalların barəsində danışdıq”.

Vəkil bildirib ki, insan hüquqları ilə bağlı vəziyyət ATƏT-in seçkilər ilə bağlı yekun hesabatında da əks olunacaq.

 

 

Gununsesi.info