Vəkil: “Bəraət istəyirəm”

  • By admin
  • 31 Avqust 2016 17:33

1423748609_mehkeme-2

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxış ediblər. Vəkil Abuzər Mütəllibov X. İsgəndərovanın qohumlarının onun vərəsəlik hüququndan məhrum edilməsini istədiklərini deyib. O, hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu qeyd edib: “Cinayətlə bağlı hər hansı sübut varsa, ortaya qoysunlar. Mən məhkəmədən Xalidə İsgəndərovaya bəraət istəyirəm”.

Proses sentyabrın 5-də davam etdiriləcək.

Gununsesi.info