123 Saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan vəkil Əziz Qənbər seçki yarışından çəkilib.
Gununsesi.info bildirir ki, bu barədə onun özü açıqlama yayıb.
Mən 2020-ci ildə Kəlbəcər rayonundan deputatlığa namizəd oldum. Sizlərin hər birinizin dəstəyi ilə uğurlu nəticə də əldə etdim. Təvəzökarlıqdan uzaq olsa da deyim ki, vəkillik fəaliyyətimin bütün dövrlərini təhlil edərkən görürəm ki, mənim vəkil olaraq xalqımıza xidmətim deputat xidmətindən heç də az olmayıb.
Hesab edirəm ki, Sizin üçün daha yaxşı vəkil ola biləcəyim yer Milli Məclisdən çox hələlik Vəkillər Kollegiyasının üzvü olmağım daha məqsədə uyğundur.
Ona görə də 1 sentyabr 2024-cü il tarixə təyin edilmiş seçkilərdə namizəd olaraq iştirak etməkdən imtina etmək qərarına gəlmişəm.
Şəbnəm
Gununsesi.info