Vəkili Natiq Cəfərlinin həbsindən danışdı: "4 ay verilməsi ağır cinayətlə bağlı ittihamlardan xəbər verir"

  • By admin
  • 13 Avqust 2016 01:40
natiq 
Natiq Cəfərli qanunsuz sahibkarlıqda təqsirli bilinir.
Gununsesi.info-nun Azadlig.org-a istinadən məlumatına görə, bunu Natiq Cəfərlinin vəkili Cavad Cavadlı deyib. O, sonra bunları bildirib: “Görünür, Natiq Cəfərliyə hüquq müdafiəçiləri İntiqam Əliyevə, Rəsul Cəfərova verilən ittihamlara bənzər ittihamlar veriblər. 4 ay verilməsi ağır cinayətlə bağlı ittihamlardan xəbər verir”.
Onun sözlərinə görə, avqustun 14-dən vəkil kimi Natiq Cəfərlinin müdafiəsinə qoşulacaq.
Qeyd edək ki, bir müddət əvvələ qədər Natiq Cəfərlinin ölkədən çıxışına qadağa qoyulmuşdu. Həmfikirləri onun prokurorluğa çağrılmasını siyasi fəaliyyəti ilə əlaqələndirirlər.
Azadlig.org xəbər verir ki, REAL sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı Referendumun əleyhinə təbliğat aparacağını bəyan edib və imzatoplama kampaniyasına başlayıb.
Gununsesi.info