Vəkillərə təzyiqlər Britaniya səfirliyində müzakirə edildi

  • By admin
  • 04 Noyabr 2016 14:52

elcin

Böyük Britaniya səfirliyinin müvəqqəti işlər vəkili Stiven Makkormik və səfirliyin siyasət şöbəsinin müdiri Ceyms Holder səfirliyin binasında vəkil Elçin Sadıqovla görüşüblər.

Gununsesi.info-nun  Böyük Britaniyanın  Azərbaycandakı səfirliyinə istinadən xəbərinə görə, E. Sadıqov səfirlik rəsmilərinə hazırda davam edən və özünün də vəkil kimi qatıldığı məhkəmə prosesləri, həmçinin, Azərbaycanda insan hüquqları sahəsində çalışan vəkillərin mövcud vəziyyəti haqqında məlumat verib.
Gununsesi.info