“İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir”.
Heydər Əliyev
“Güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır”.
İlham Əliyev
Son dövrlər ərzində Azərbaycanda digər sahələrdə olduğu kimi, vəkillik institutu da inkişaf yolunu tutub, bu sahədə ardıcıl, eyni zamanda, əsaslı tədbirlər həyata keçirilir. Görülən işlərin nəticəsi kimi, Azərbaycanda vəkillik institutunun sürətli inkişafı, vəkil korpusunun güclənməsi, ölkəmizdə vəkillərin və vəkil qurumlarının sayının artması, respublikamızda vəkillik peşəsinin nüfuzunun yüksəlməsində mühüm rol oynayıb.
2023-cü ildə də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında (ARVK) bir sıra beynəlxalq, yerli mühüm tədbirlər, təlimlər həyata keçirilib, vəkillərin sayı artıb, o cümlədən “Heydər Əliyev İli” ilə bağlı bir çox tədbirlər baş tutub və hüquqi maarifləndirmə işləri aparılıb.
ARVK-da son bir il ərzində görülən işlər, aparılan ardıcıl və sistemli islahatlara dair hesabatı təqdim edirik:
“HEYDƏR ƏLİYEV İLİ” İLƏ BAĞLI KEÇİRİLƏN TƏDBİRLƏR
2023-cü il fevralın 2-də VK Rəyasət Heyətinin iclasında Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Kollegiyada görüləcək işlər üzrə Tədbirlər Planının təsdiq olunub. Tədbirlər Planına əsasən, mart ayından etibarən ölkəmizin bütün bölgələrində, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında (MR) pulsuz hüquqi yardım aksiyaları, konfranslar, intellektual oyunlar, idman yarışları və digər tədbirlərin keçirilməsinə başlanılıb.
“Heydər Əliyev İli” çərçivəsində ölkə üzrə 61 pulsuz hüquqi yardım aksiyası keçirilib. Həmin aksiyalarda ümumilikdə 960 vətəndaşın yararlanması təmin edilib. Beləliklə, hər ayın 10-da Bakıda, regionlarda, o cümlədən Naxçıvan MR-da vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.
“Heydər Əliyev İli” ilə bağlı Naxçıvan şəhərində keçirilən aksiyalarda 14 Vəkil Bürosunun (VB) vəkili (“Yusif Allahverdiyev və Partnyorları” VB – 10 vəkil, 20 saylı VB – 6 vəkil, 38 saylı VB – 3 vəkil, “ Pro Bono” VB -5 vəkil, 4 saylı VB – 2 vəkil, “Mirzəyev və Partnyorları” VB – 2 vəkil, “Yusifbəyli və Partnyorları” VB – 2 vəkil, “Kredo” VB – 10 vəkil, 12 saylı VB – 3 vəkil, 36 saylı VB – 4 vəkil, “Arbitrum” VB – 3 vəkil) və Qadın Vəkillər Alyansı (10 vəkil), ümumilikdə isə ezam olunmuş 60 vəkil iştirak edərək 198 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərib. Eyni zamanda, digər vəkil qurumları tərəfindən təşkil edilən aksiyalarda isə 762 vətəndaşa pulsuz hüquqi yardım göstərilib.
Belə ki, “Heydər Əliyev İli” ilə bağlı keçirilən tədbirlər planı çərçivəsində 9-10 mart tarixlərində ARVK-nın rəhbərliyi Naxçıvan MR-da səfərdə olub. Səfər iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra ARVK-nın rəhbərliyi Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb, vəkilliyin inkişafı, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparıb. Eyni zamanda, ARVK-nın sədri Anar Bağırov Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında (NMRVK) vəkillərlə, Naxçıvan Dövlət Universitetində (NDU) professor-müəllim heyəti və tələbələrlə görüşüb. Həmçinin, ARVK və Naxçıvan MR Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilib, Anar Bağırov çıxış edib. Daha sonra “Heydər Əliyev İli” ilə əlaqədar ARVK tədbirlər planı çərçivəsində “Yusif Allahverdiyev və Partnyorları” VB-nin vəkilləri Naxçıvan MR-da pulsuz hüquqi yardım aksiyası keçirib. Aksiyada vətəndaşlara hüquqi məsləhətlər verilib, o cümlədən müvafiq yazılı ərizələr tərtib olunub və digər hüquqi yardımlar göstərilib. Bundan başqa, ARVK rəhbərliyi Naxçıvan Dövlət Universitetində rektor, professor-müəllim heyəti və tələbələrlə görüşüb, müzakirələr aparıblar. Sonra Kollegiyanın fəaliyyətinə dair videoçarx nümayiş etdirilib, tələbələrin sualları cavablandırılıb. Daha sonra əməkdaşlıq haqqında memorandum imzalanıb.
“Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlərin davamı olaraq, VK tərəfindən 6-7 may tarixlərində “III Vəkil Şahmat” yarışı təşkil edilib. Respublika üzrə 35 vəkilin qatıldığı yarışda vəkil Elşən Səfərov birinci, vəkil Samir Hüseynzadə ikinci, vəkil Camal Əliyev isə üçüncü yeri tutublar. ARVK Rəyasət Heyətinin qərarına əsasən, ilk 3 yerin qaliblərinə “Libraff” kitab mağazasından hədiyyə kartları, müvafiq diplomlar və medallar Kollegiyanın sədr müavini, “İdmançı Vəkillər” fondunun idarə heyətinin sədri Pərviz Ələkbərov tərəfindən təqdim olunub.
Bundan başqa, mayın 12-də ARVK tərəfindən NMRVK ilə birgə “Azərbaycanda gender bərabərliyinin təminatçısı Ulu Öndər Heydər Əliyev” mövzusunda tədbir keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Liderin siyasi fəaliyyəti, eləcə də gender bərabərliyinin təmin edilməsi istiqamətində gördüyü işlərdən bəhs edən videoçarx nümayiş etdirilib. Həmçinin, ARVK-nın sədri Anar Bağırov konfransa onlayn qoşularaq iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Tədbirdə Kollegiyanın Rəyasət heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova, Qadın Vəkillər Alyansının üzvü Leyla Məmmədova, Bakı şəhər 2 saylı VB-nin müdiri Rəna Məmmədova, Vəkillərin İntizam Komissiyasının üzvü, Mərkəz VB-nin müdiri, Alyansın üzvü Gülşən Salmanova çıxış ediblər.
Bundan əlavə, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Vəkil olmaq istəyirəm” adlı II yay məktəbi təşkil edilib. 26-30 iyul tarixlərində Şəki şəhərində keçirilən yay məktəbində iştirak edən 55 hüquqşünas tələbəyə peşəkar biliklərin artırılması məqsədi ilə prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları, nitq qabiliyyəti və digər sahələr üzrə təlimlər keçilib. Qeyd edək ki, gənclərin xüsusi marağına səbəb olan və II dəfə təşkil edilən “Vəkil olmaq istəyirəm” adlı yay məktəbinə ümumilikdə 15 yerli və beynəlxalq universitetdən 353 hüquqşünas tələbə müraciət edib, onlardan bilik və bacarığı, ictimai fəallığı ilə seçilən 55 gənc düşərgədə iştirak haqqı qazanıb.
Həmçinin, 13 may – 15 iyul tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, ARVK-nın və AFFA-nın birgə təşkilatçılığı ilə vəkillər arasında 4-cü Vəkil Futbol Liqası keçirilib. 9 komandanın, ümumilikdə 90-dan artıq vəkilin iştirak etdiyi, bir dövrədən ibarət olan turnirdə “Şuşa” komandası çempion olub, ikinci yeri “Barrister”, üçüncü yeri isə “LawyersUnited” komandaları tutub.
Eyni zamanda, hesabat ilində ARVK-nın Vəkil Klubu tərəfindən keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Vətənim Azərbaycan!” adlı III Vəkil bədii yaradıcılıq müsabiqəsi keçirilib. Sayca III müsabiqəyə bir-birindən maraqlı əsərlərini təqdim edən iştirakçılardan üç nəfər qalib adını qazanıb. Müsabiqəyə qatılanlardan “Kəngərli və Partnyorları” VB-nin vəkili Aslan Heydarov I, hüquqşünas Şəhriyar Həbilov II, Nüşabə Əhməd isə III yerin sahibi olub. Sentyabrın 13-də ARVK Rəyasət Heyətinin iclasında Kollegiyanın sədri Anar Bağırov tərəfindən onlara mükafatlar təqdim edilib.
Dekabrın 9-da isə ARVK-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Dəmir yumruq” hüquq sahəsində intellektual müsabiqə başlayıb. Üç mərhələdən ibarət müsabiqədə Elm və Təhsil Nazirliyinin hüquqşünas ixtisasının SABAH qrupları, Bakı Dövlət Universiteti (BDU), Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və NDU-nun Hüquq fakültələrinin tələbələrinin komandası yarışıb. Üç mərhələdən ibarət olan müsabiqənin qalibi DİN-in Polis Akademiyası olub.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin ölkəmizdə “Vəkil Günü” peşə bayramı kimi qeyd edilməsi qərara alınıb. Xüsusilə qürurverici haldır ki, “Vəkil Günü” xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən və müstəqil vəkillik institutunun əsasını qoyan 28 dekabr 1999-cu il tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla bağlıdır. Əziz xatirəsi daim yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad edilən Ulu Öndər Heydər Əliyevin cari ildə 100 illik yubileyinin qeyd olunması bu peşə bayramını vəkil korpusu üçün hər zamankından daha əlamətdar edir.
Məhz bu səbəbdən peşə bayramı ərəfəsində dekabrın 27-də “Fairmont” mehmanxanasında müstəqil Azərbaycan vəkilliyinin banisi, dahi lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Vəkillər Kollegiyasının təntənəli mərasimi keçirilib. Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Baş prokurorun müavini Heydər Məmmədov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Polis Akademiyasının rəisi Canpolad Daanov, ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov da daxil olmaqla, bir sıra təhsil müəssisəsinin nümayəndələri, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və KİV nümayəndələri iştirak edib.
Təntənəli formada keçirilən mərasimdə vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən və icbari təlimi başa vuran namizədlərin andiçmə mərasimi baş tutub, habelə bir sıra müsabiqələr üzrə I yerin sahiblərinin və müxtəlif nominasiyalar üzrə qaliblərin təltif edilməsi həyata keçirilib. Əlavə olaraq, VK-nın hesabat ilindən beynəlxalq qeydiyyatlara alınan və yeni formatda buraxılan “Azərbaycan vəkili” jurnalının təqdimatı keçirilib. Sonra VK-nın 2023-cü il üzrə hesabat videosu nümayiş etdirilib.
VƏKİLLİYƏ QƏBUL VƏ VƏKİL QURUMLARI
Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən başladığını nəzərə alaraq qeyd olunmalıdır ki, 2004-2018-ci il aralığında (14 il ərzində) 5 yazılı test imtahanı, son 6 il içində isə 12 yazılı test imtahanı keçirilib və vəkillərin sayı 3 dəfəyədək artıb.
2023-cü ildə Vəkillərin İxtisas Komissiyası tərəfindən imtahanın şifahi mərhələsi üzrə 33 iclas, vəkilliyə qəbulla bağlı isə 2 yazılı test imtahanı keçirilib. 25.05.2023 və 05.11.2023-cü il tarixlərdə keçirilən ixtisas imtahanlarının yazılı test mərhələlərində ümumilikdə 601 namizəd iştirak edib və 206 nəfər müvəffəqiyyət qazanıb. Eyni zamanda, hesabat ili ərzində 338 nəfər şifahi müsahibədə iştirak edib, 271 nəfər növbəti mərhələyə keçib. Hesabat ili ərzində 252 nəfər isə vəkil andı içib. Yekunda, vəkillərin sayı artaraq 2431-ə çatıb.
05.11.2023-cü il tarixdə keçirilən imtahanda müvəffəqiyyət qazanmış 68 namizədlə isə hazırda şifahi müsahibə davam edir.
Hazırda ölkəmizdə fəaliyyət göstərən 2431 vəkildən 1995 nəfəri kişi, 436 nəfəri qadındır. Həmin şəxslərdən 1976 nəfəri Bakıda, 455 nəfəri isə regionlarda fəaliyyət göstərir.
Ən yaşlı vəkil – Səttarova Türrə Əhəd qızı – 13.07.1936 – 87 yaş
Ən gənc vəkil – Məmmədova Nuranə Asif qızı – 22.08.1999 – 24 yaş
Eyni zamanda, ötən 6 ildə ölkəmizdə VB-lərin sayı da təxminən 4 dəfə artaraq 135-ə çatıb.
2023-cü ildə “Fortiori” VB, Gəncə şəhər 2 saylı VB, “Medleks” VB, “Yasa” VB, “Rifaq Həsənov və Partnyorları” VB və NMRVK-nın Şərur rayon VB-nin yeni ofisləri açılıb və vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin yüksək standartlara cavab verilməsi məqsədilə həmin bürolar maddi-texniki baza ilə tam təchiz olunub. Həmçinin, hazırda Gəncə şəhərində ayrılmış binanın təmiri, Lənkəran şəhərində isə torpaq sahəsində müvafiq binanın tikintisinin başlanılması məqsədilə hazırlıq işləri davam etdirilir.
Yanvarın 7-də Vəkillərin İxtisas Komissiyasının ilk iclası keçirilib və yeni tərkibi formalaşıb. Belə ki, Komissiya üzvlərinin qərarı ilə hüquq elmləri doktoru (h.e.d.), vəkil Turqay Hüseynov sədr, h.e.d., vəkil Ayxan Rüstəmzadə isə sədr müavini seçilib.
Məlumat üçün bildirək ki, Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Qanununda nəzərdə tutulan tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün yaradılıb. Onun tərkibinə beş vəkil, üç hakim və üç hüquqşünas alim daxildir. Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının, vəkilliyə layiqli olmasının müəyyən edilməsi məqsədi ilə VK Rəyasət Heyəti ilə əlaqəli şəkildə test imtahanının keçirilməsini təşkil edir və onlarla müsahibə aparır. Belə ki, Ali Məhkəmə Plenumunun qərarına əsasən, Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayilov, Ali Məhkəmənin hakimləri – Zaur Əliyev və Ələsgər Novruzov, o cümlədən Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə Ədliyyə Akademiyasının Ədliyyə sahəsində idarəetmə kafedrasının baş müəllimi, h.e.ü.f.d. Səyyad Məcidov, BDU-nun Hüquq fakültəsinin dekanı, h.e.ü.f.d. Zaur Əliyev, BDU-nun Cinayət prosesi kafedrasının dosenti, h.e.ü.f.d. Könül Hüseynova Vəkillərin İxtisas Komissiyasına üzv təyin ediliblər. Komissiyanın digər üzvləri h.e.ü.f.d., vəkil Şaiq Mirzəyev, vəkil Fərid Həsənov, vəkil Oktay Məhərrəmov və həmçinin, katibi isə VK Rəyasət Heyətinin Aparatının İnsan resursları şöbəsinin müdiri Orxan Babayevdir.
Bundan başqa, martın 1-də Vəkillərin İxtisas Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib, Kollegiyanın sədri Anar Bağırov onlara fəaliyyətlərində uğurlar arzulayıb.
İyulun 10-da isə ARVK-nın sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti NMRVK-nın seçki-hesabat konfransında iştirak etmək üçün MR-də səfərdə olub və çıxış edib. Səsverməyə əsasən, Vüsal Həsənov NMRVK-nın sədri seçilib. Ələlxüsus, bir neçə illik aradan sonra, ilk dəfə NMR-da vəkilliyə qəbul imtahanı həyata keçirilib.
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
İlk olaraq qeyd edək ki, 2023-cü ildə də ARVK üçün beynəlxalq arenada əlamətdar il olub, görülən işlərin davamı kimi, daha 2 yeni beynəlxalq nüfuzlu təşkilata (Avropa Gənc Vəkillər Assosiasiyasına (EYBA) və Avropa Vəkillər Kollegiyaları Federasiyasına (FBE)) üzv qəbul edilib.
Məlum olduğu kimi, son 6 il ərzində Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Asiya və Sakit Okean Hüquq Assosiasiyası (LAWASIA), Beynəlxalq Vəkillər Assosiasiyası (UIA), Avropa Vəkillər Assosiasiyasına (AEA-EAL) üzv qəbul olunub və 2023-cü ildə də həmin təşkilatlarla və BMT-nin ixtisaslaşmış qurumları, Avropa Şurası, Dünya Bankı ilə əməkdaşlıq münasibətləri davam etdirilərək daha da möhkəmləndirilib.
Bundan başqa, ARVK rəhbərliyi və üzvləri Avstriya, Serbiya, Türkiyə, Hindistan, Belçika, Portuqaliya, İngiltərə, Qazaxıstan, Türkmənistan, Gürcüstan və Yunanıstanda keçirilən tədbirlərə birbaşa qatılıb, Azərbaycan vəkilliyini təmsil və çıxışlar edib, təcrübə mübadiləsi həyata keçirilib.
Digər tərəfdən isə ARVK tərəfindən Bakıda təşkil olunan beynəlxalq tədbirlərdə, o cümlədən xarici qonaqların, vəkillərin ölkəmizə səfəri çərçivəsində qarşılıqlı olaraq, bu sahədə əməkdaşlıq gücləndirilib. Bildirmək istərdik ki, hesabat ili ərzində ARVK Rəyasət Heyətinə beynəlxalq təşkilatlardan 166 sənəd daxil olub, bir çox beynəlxalq səfərlər, görüşlər keçirilib, VK üzvləri təlim və seminarlarda iştirak edib.
Beləliklə, xronoloji olaraq qeyd edək ki, yanvarın əvvəllərində Pakistan İslam Respublikasının Ali Məhkəməsinin vəkili, “Jawad Zafar və Partnyorları” şirkətinin idarəedici partnyoru Muhammad Jawad Zafarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib, ARVK Rəyasət Heyətində olublar. Onlar səfər çərçivəsində VK-nın sədr müavini Aydın Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib, Bakı şəhəri 38 saylı VB-ni ziyarət ediblər. Habelə, VB-nin təşəbbüsü ilə qonaqlar tarixi və mədəni abidələrimizlə tanış olub, yaxın bölgələrdə qısa tanış turunda iştirak ediblər.
06 fevral tarixində isə ARVK-nın sədri Anar Bağırovla Türkiyə VK-nın sədri Erinç Sağkan arasında telefon danışığı olub. Anar Bağırov türkiyəli həmkarına qardaş ölkədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, türk xalqına Azərbaycan vəkilləri adından başsağlığı diləklərini çatdırıb.
Fevralın 8-də isə ARVK Rəyasət Heyətinin növbədənkənar onlayn iclası keçirilib. İclasda Rəyasət Heyətinin qərarı ilə Türkiyədə zəlzələdən zərərçəkənlərə 1 milyon türk lirəsi məbləğində yardım ayırıb.
Həmçinin, 15-17 fevral tarixlərində ARVK-nın sədri Anar Bağırov Avstriya VK-nın dəvəti ilə Vyana şəhərində Avropa Vəkillər Kollegiyaları rəhbərlərinin 51-ci konfransında iştirak edib, gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə ikitərəfli görüşlər keçirilib, təcrübə mübadiləsi və gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
Fevralın 22-də isə ARVK-nın rəhbərliyi Türkiyənin Azərbaycandakı Səfirliyini ziyarət edib. Əvvəlcə səfirlik önünə əklil qoyulub, zəlzələ qurbanlarının xatirəsi yad olunub. Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı (keçmiş səfir) ilə görüş keçirilib.
Eyni zamanda, 24-26 fevral tarixlərində ARVK-nın sədri Anar Bağırov və Baş katibi (ştatın əvvəlki adı: Aparat rəhbəri) Bayram Orucov Serbiya VK-nın dəvəti ilə Belqrad şəhərində “Vəkil günü”nə həsr olunan təntənəli tədbirlərdə iştirak ediblər. ARVK-nın nümayəndə heyəti səfərin əvvəlində Ümummilli Lider Heydər Əliyevin Belqrad şəhərində yerləşən büstünü ziyarət edərək, abidəsi önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla yad ediblər.
Bundan başqa, 13-14 mart tarixlərində ARVK-nın sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Barolar Birliyinin (TBB) dəvəti ilə Türkiyədə rəsmi səfərdə olub. Səfər çərçivəsində Ankarada Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsi, o cümlədən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarı – Anıtqəbir Movzeley Kompleksi ziyarət olunub. Daha sonra nümayəndə heyəti Türkiyənin Danıştay (Ali-İnzibati Məhkəmə) başqanı Zeki Yiğit, Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan, Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca, TBB-nin başqanı Erinç Sağkan, o cümlədən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin ədliyyə nazirinin müavini Zekeriya Birkan və “Azaflı Hukuk ve Danışmanlık Bürosu”nun müdiri, Ankara VK-nın üzvü, Azərbaycan əsilli Arzuman Azaflı ilə görüşlər keçirib, hər iki ölkənin məhkəmə-hüquq və vəkillik sahəsindəki təcrübəsi, aparılan islahatlar müzakirə olunub.
Martın 30-da isə Azərbaycana səfərə gəlmiş Amerika Hüquq Məktəbinin (SAL proqramı) təsisçiləri Ketevan Jeladze və Maia Meskhi ARVK-da olublar. Qonaqlar Kollegiyanın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb və Amerika Hüquq Məktəbi ilə VK arasında anlaşma memorandumu imzalanıb.
Həmçinin, martın 31-də Avropa Şurasının ölkəmizdə səfərdə olmuş nümayəndə heyəti – Marek Novitski və Ceremi Mk Brayd ARVK-da olublar. Kollegiyanın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə qonaqlar arasında görüş keçirilib.
14-17 aprel tarixlərində isə ARVK-nın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Hindistan Vəkillər Kollegiyasının (HVK) dəvəti ilə Hindistana rəsmi səfər edib. Tədbir iştirakçıları üçün əvvəlcə HVK-nın prezidenti Prashant Kumarın paytaxt Nyu Dehlidə yerləşən iqamətgahında rəsmi ziyafət təşkil olunub, sonra “2023-cü il Nyu Dehli – “Qanunun aliliyinə dair Beynəlxalq Konvensiya”ya həsr olunmuş konfrans keçirilib. Tədbirin plenar iclasında məruzəçilərdən Anar Bağırov və Kollegiyanın üzvü Yunis Nəsibov çıxış edib.
Eyni zamanda, aprelin 18-də Avropa Şurasının ölkəmizə səfərə gələn nümayəndə heyəti – Robert Qolobinek və Nino Bakakuri ARVK-da olublar. Qonaqlarla Kollegiyanın sədr müavini Şahmar Məmmədov, VK-nın Baş katibi Bayram Orucov, sədrin müşaviri Fərhad Nəcəfov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin Abbasova arasında görüş keçirilib.
22-29 aprel tarixlərində isə Estoniya Vəkillər Birliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Qonaqlarla Vəkillər Kollegiyasının nümayəndələri arasında görüş keçirilib, eyni zamanda, onlar Ali Məhkəməni və “Kamandar Nəsibov və Partnyorları” VB-ni ziyarət ediblər.
Sevindirici haldır ki, aprelin 29-da ARVK EYBA-ya rəsmi olaraq üzv qəbul olunub. Bu isə Kollegiyanın beynəlxalq arenada daha bir uğurudur.
Mayın 2-də isə ARVK-nın sədri Anar Bağırovun rəhbərliyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz ofisinin rəhbəri və nümayəndələri arasında VK-da görüş olub, tərəflər arasında mövcud əməkdaşlıq münasibətlərininin yüksək qiymətləndirdiyi və gələcəkdə birgə layihələrin keçirilməsi üçün bu cür mütəmadi görüşlərin vacibliyi vurğulanıb.
Həmçinin, mayın 12-də “The Ritz-Carlton” mehmanxanasında beynəlxalq ekspertlərin iştirakı ilə “Beynəlxalq Kommersiya və İnvestisiya Arbitrajları” mövzusunda konfrans keçirilib, Kollegiyanın sədri Anar Bağırov açılış nitqi ilə çıxış edib.
Bundan əlavə, 15 may tarixində Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Zix ARVK-da olub, Kollegiyanın sədri Anar Bağırov çıxış edib.
Eyni zamanda, mayın 17-də VK-nın sədri Anar Bağırovun rəhbərliyi ilə ABŞ-nin nüfuzlu universitetlərindən olan Amerika Universitetinin Vaşinqton Hüquq Kollecinin “Beynəlxalq Hüquq Araşdırmaları Proqramı”nın rəhbəri (ILSP), professor Padideh Ala’i və universitetin “Xarici və Beynəlxalq Proqramlar”ının rəhbəri, professor Melanija Radnovic arasında Kollegiyada görüş keçirilib.
Mayın 18-də isə ARVK-nın sədri Anar Bağırovun rəhbərliyi ilə ABŞ Kommersiya Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramının (CLDP) nümayəndəsi Skip Mark və ABŞ-nin ölkəmizdəki səfirliyinin iqtisadi məsələlər üzrə məsləhətçisi Yusif Abasov arasında VK-da görüş olub, təlim və s. istiqamətində müzakirələr aparılıb.
Həmçinin, iyunun 1-də türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi” mövzusunda beynəlxalq konfrans çərçivəsində Qırğızıstan Respublikası Vəkillər Şurasının sədri Bilim Rayımkulov və Qırğızıstan (Şuranın) Respublikası Vəkillər Şurasının üzvü, vəkil Saipjan Murzakmatov VK-da olublar və hər iki qurum arasında memorandum imzalanıb.
İyunun 2-də isə Bakıda ARVK-nın və Özbəkistan Respublikasının Vəkillər Palatasının birgə təşəbbüsü ilə türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi” mövzusunda beynəlxalq konfrans keçirilib, VK-nın sədri Anar Bağırov açılış nitqi ilə çıxış edib. Sonra Sürəyya Ağaoğlunun həyat və yaradıcılığına həsr olunan film nümayiş olunub. On ölkənin nümayəndə heyətinin, ümumilikdə isə 200-dən çox yerli və xarici qonaqların iştirak etdiyi tədbirdə Konfrans iştirakçıları tərəfindən “Gender bərabərliyinin təmin edilməsi üzrə” Birgə Bəyanat qəbul edilib: –
“Gender bərabərliyi beynəlxalq insan hüquqları hüququnun bir hissəsi kimi”
Gender bərabərliyini beynəlxalq insan hüquqları hüququnun tərkib hissəsi kimi qəbul edərək,
Konfransda iştirak edən ölkələrdə və bütün dünyada gender siyasətinin həyata keçirilməsinin nəticələrinin qiymətləndirilməsinin vacibliyini vurğulayaraq,
Qadın və uşaqların hüquqlarının həyata keçirilməsi təcrübəsini nəzərə almaqla, gender bərabərliyinin təmin edilməsinə yönəlmiş tədbirlərin hazırlanmasında kompleks yanaşmanı formalaşdırmaqla,
Qadınların idarəçilikdə səlahiyyətlərinin artırılmasına nail olmaq öhdəliyini dəstəkləməklə,
Gender bərabərliyi ilə bağlı problemlərinin həlli yollarının və vasitələrinin işlənib hazırlanması ehtiyacını dərk edərək,
Hüquqları pozulmuş şəxslərə keyfiyyətli hüquqi yardımın göstərilməsində, ayrı-seçkiliyin qarşısının alınmasında, o cümlədən şəxslərə qarşı zorakılığın aradan qaldırılmasında hüquqşünasların, xüsusilə də vəkillərin rolunun vacibliyini vurğulayaraq,
Konfrans iştirakçıları bəyan edirlər:
1. Peşəkar bacarıqlarının mahiyyəti etibarı ilə insan hüquqları uğrunda mübarizə aparan hüquqşünasları və hüquq peşəsinin digər nümayəndələrini gender bərabərliyinin təmin edilməsi ilə bağlı müxtəlif qurumlarda qadınların maraqlarının müdafiəsi üçün səy göstərməyə çağırmaq;
2. Təqib, ayrı-seçkilik və zorakılığın qurbanı olan qadınlara səmərəli hüquqi dəstək və ödənişsiz hüquqi xidmətlər (pro bono) göstərmək öhdəliyini bir daha təsdiqləyərək möhkəm iradəni ifadə etmək;
3. Qızlar üçün ödənişsiz təhsilin təmin olunması, eləcə də qızların cəmiyyətdə rolunun artırılaraq bərabər təhsil imkanları üçün şəraitin yaradılması ilə bağlı onların maraqlarının müdafiəsi üçün səy göstərməyə çağırmaq;
4. Bütün vəkilləri gender məsələlərinə həssas yanaşmağa və qadın və kişilərin bərabər hüquqlarını məhdudlaşdıran maneələri aradan qaldırmaq üçün öz səylərini, bilik və bacarıqlarını tətbiq etməyə çağırmaq;
5. Bütün maraqlı tərəflərin gender bərabərliyinin təmin olunmasına və qadınların idarəçilikdəki rolunun artırılmasına cəlb olunmasını tövsiyə edərək bu istiqamətdə öz səylərini gücləndirməyə çağırmaq;
6. Cəmiyyətdə gender balansına nail olunmasının təşviqinə yönəlmiş müxtəlif tədbirlərin (seminarlar, treninqlər, dəyirmi masalar, konfranslar) keçirilməsini dəstəkləmək.
İyunun 6-da isə ARVK-nın sədri Anar Bağırovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreyngerin və Liz Kristofersen arasında VK-da görüş keçirilib və sədr çıxış edib.
Eyni zamanda, 15-16 iyun tarixlərində Polşanın paytaxtı Varşava şəhərində Varşava VK-nın təşkilatçılığı ilə “Müasir Vəkillər Kollegiyası: Yeni “LegalTech” Çağırışları – Avropada “LegalTech” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda ARVK-nı “Biznes hüququ” və “Elektron Vəkillik” Komitələrinin üzvü İlham Hüseynov təmsil edib.
15-17 iyun tarixlərində isə Niderland Krallığının paytaxtı Amsterdam şəhərində keçirilən FBE-nin ümumi qurultayında ARVK həmin təşkilata tamhüquqlu üzv olaraq qəbul olunub. Konqresdə Kollegiyanın sədri Anar Bağırov, Rəyasət Heyətinin üzvü Elçin Usub, Baş katib Bayram Orucov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin Abbasovadan ibarət nümayəndə heyəti iştirak edərək təqdimatla çıxış ediblər.
Həmçinin, 19-20 iyun tarixlərində ARVK sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Belçika Krallığının paytaxtı Brüssel şəhərində rəsmi səfərdə olub. Səfər çərçivəsində Brüssel Vəkillər Kollegiyasının Niderland dilli bölməsinin prezidenti Bernard Derveaux ilə görüş keçirilib, habelə nümayəndə heyəti AEA-EAL-in illik ümumi yığıncağında iştirak edib və CCBE-nin baş ofisini ziyarət edib. Daha sonra, ən nüfuzlu ali təhsil ocaqlarından olan Löven Katolik Universiteti (KU Leuven) hüquq fakültəsinin rəhbərliyi ilə ARVK nümayəndə heyəti arasında hüquq təhsili və təcrübəsinin sıx inteqrasiyasının təmin edilməsi, vəkillərin peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədilə qarşıdakı dönəm üçün əməkdaşlıq perspektivlərinin müzakirəsi aparılmışdır. Bundan başqa, Avropa Parlamentində görüş keçirilmişdir. Görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir. Eyni zamanda, Avropa İttifaqı Avropa Xarici Fəaliyyət Xidmətinin İnsan Hüquqları üzrə işçi qrupunun sədri, Drahoslav Stefanek ilə görüş keçirilmiş, gələcəkdə birgə layihələrin keçirilməsi ilə bağlı fəaliyyətin təşkili üçün korrespondensiyanın başlanması razılaşdırılmışdır. Daha sonra, nümayəndə heyəti “Pravolex” VB-nin rəhbərləri, Brüssel Vəkillər Kollegiyasının üzvləri, Anna Sussarova və Anna Kolesnikova ilə görüşüblər. Görüşdə vəkillik fəaliyyətinə dair məsələlər müzakirə olunub.
23-24 iyun tarixlərində isə ARVK-nın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub, Tbilisi şəhərində Gürcüstan Vəkillər Assosiyasiyasının (GVA) yeni inzibati binası – “Vəkillər Evi”nin rəsmi açılış mərasimində iştirak edib.
Bundan əlavə, iyulun 4-də Bakıda Azərbaycanın Konstitusiya Məhkəməsinin 25 illik yubileyi ilə əlaqədar “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib və Kollegiyanın sədri Anar Bağırov təbrik nitqi ilə çıxış edib.
Eyni zamanda, 28 sentyabr – 1 oktyabr tarixlərində EYBA, İngiltərə və Uels Gənc Vəkillər Kollegiyasının (İUGVK), Gənc Vəkillər Bölməsinin və London Gənc Vəkillər Qrupunun birgə təşkilatçılığı ilə London şəhərində EYBA-nın beynəlxalq tədbiri keçirilib. ARVK-nın EYBA-da səlahiyyətli nümayəndəsi Yunis Nəsibov sözügedən tədbirə qatılıb və Kollegiyanın nəzdində yeni təsis edilmiş “Gənc Vəkillər” Komitəsini EYBA üzvlərinə təqdim edib.
21-23 sentyabr tarixlərində isə ARVK sədri Anar Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri – Lalə Nağıyeva ilə Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova FBE ilə Portuqaliya VK-nın birgə dəvəti ilə “2023-cü il Lissabon Sammiti”ndə iştirak etmək üçün Lissabon şəhərində rəsmi səfərdə olub və nümayəndə heyətimiz çıxış edib.
Həmçinin, 1-2 oktyabr tarixlərində ARVK sədri Anar Bağırov və Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub İngiltərə və Uels Hüquq Cəmiyyəti (İUHC) ilə İngiltərə və Uels Vəkillər Kollegiyasının (İUVK) birgə dəvəti ilə “Hüquq İli”nin açılış mərasimində iştirak etmək üçün London şəhərində rəsmi səfərdə olub. Gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə ARVK sədri ilə Ukrayna Milli Vəkillər Kollegiyasının vitse-prezidenti Valentin Qvozdiy, o cümlədən beynəlxalq təşkilatların və bir sıra ölkələrin vəkillər kollegiyalarının rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib, təcrübə mübadiləsi, habelə İUHC və İUVK çərçivəsində gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
5-7 oktyabr tarixlərində isə ARVK-nın sədri Anar Bağırov, Rəyasət Heyətinin üzvü Vüqar Babayev və Vəkillərin İntizam Komissiyasının sədr müavini Elxan Quliyev Qazaxıstan Milli Vəkillər Kollegiyasının dəvəti ilə “Qanunun aliliyinə əsaslanan güclü vəkillik peşəsi” adlı VII Qazaxıstan Beynəlxalq Vəkillər Forumunda iştirak etmək üçün Astana şəhərində rəsmi səfərdə olub, sədr geniş təqdimatla çıxış edib.
Eyni zamanda, 5-7 oktyabr tarixlərində Polşanın Qdansk şəhərində FBE-nin Konqresi və iclasları keçirilib, ARVK-nı Rəyasət Heyətinin üzvü Elçin Usub təmsil edib.
Həmçinin, 12-13 oktyabr tarixlərində ARVK-nın sədri Anar Bağırov və Kollegiyanın Baş katibi Bayram Orucov Avropa Şurasının dəvəti ilə “Türkmənistanda ədalət mühakiməsinə çatımlılığın təşviqi: Beynəlxalq və Avropa hüququ və təcrübəsində vəkilin rolu” adlı beynəlxalq konfransda iştirak etmək üçün Aşqabad şəhərində rəsmi səfərdə olub və orada yeni təsis ediləcək vahid Vəkillər Kollegiyasında Azərbaycan təcrübəsi nəzərə alınıb.
Oktyabr ayının 25-də isə İtaliyanın paytaxtı Roma şəhərində Vəkillərin Beynəlxalq Assosiasiyasının (UIA) Baş Assambleya iclası keçirilib. Sözügedən tədbirə ARVK-nın UIA yanında rəsmi nümayəndəsi, “Elektron Vəkillik” Komitəsinin üzvü İlham Hüseynov qatılıb.
Bundan əlavə, 9-11 noyabr tarixlərində Kollegiyanın sədri Anar Bağırov və ARVK-nın AEA-EAL-dəki təmsilçisi Şərəf Məmmədova və Aparatın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin Abbasova AEA-EAL ilə GVA-nın birgə dəvəti ilə “Vəkillər üçün Biznes və İnsan Hüquqları” mövzusuna həsr olunmuş beynəlxalq konfransda və Gürcüstanda Vəkil Günü münasibətilə keçirilən tədbirdə iştirak etmək üçün Tbilisi şəhərində rəsmi səfərdə olub və nümayəndə heyəti müxtəlif sessiyalarda çıxış edib.
Noyabrın 17-də isə Avropa Şurasının Azərbaycandakı Ofisinin və Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə Avropa İnsan Hüquqları Konvensiyasının qüvvəyə minməsinin 70 illiyinə həsr olunmuş “Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib, Kollegiyanın sədr müavini Şahmar Məmmədov çıxış edib.
Eyni zamanda, 21-24 noyabr tarixlərində ARVK-nın üzvü Famil Məmmədov Paris Vəkillər Kollegiyasının (PVK) dəvəti ilə “Hüquq İli”nin açılış mərasiminə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərində rəsmi səfərdə olub.
23-24 noyabr tarixlərində isə ARVK sədri Anar Bağırov və Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub Yunanıstanın Afina Vəkillər Kollegiyasının dəvəti ilə CCBE-nin plenar iclasında iştirak etmək üçün Afina şəhərinə rəsmi səfərə gedib. Plenar iclasda CCBE-yə yeni prezident heyəti seçilib.
Bundan başqa, 24-27 noyabr tarixlərində ARVK-nın LAWASIA-dakı səlahiyyətli nümayəndəsi, Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova və Komitənin üzvü Gülnar Qurbanova HVK-nın dəvəti ilə LAWASIA-nın 36-cı konfransında iştirak etmək üçün Hindistanın Benqaluru şəhərində rəsmi səfərdə olub. Konfransda Hindistanın Ali Vəkili Shyam Divan LAWASIA-nın yeni prezidenti seçilib.
Noyabrın 27-28 tarixlərində isə ARVK-nın Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova və Vəkillərin İntizam Komissiyasının üzvü, “Kəngərli və Partnyorları” VB-nin rəhbəri İsmayıl Kəngərli Hindistan Milli Hüquqi Xidmətlər İdarəsi (NALSA), Beynəlxalq Hüquq Fondu (ILF), BMT-nin İnkişaf Proqramı (UNDP) ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə Hindistan Ali Məhkəməsində (HAM) hüquqi yardıma çatımlılıq üzrə 1-ci regional Konfrans: “Qlobal Cənubda ədalət mühakiməsinə çatımlılığın genişləndirilməsi” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak ediblər. Konfransda Hindistanın Prezidenti Droupadi Murmu, Hindistanın Vitse-prezidenti Jagdeep Dhankhar və digər rəhbər şəxslər qatılıb.
Eyni zamanda, noyabrın 30-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), BMT-nin Azərbaycan Nümayəndəliyinin və ARVK-nın birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş “İnsan Hüquqları – 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib və Kollegiyanın sədri Anar Bağırov giriş sözü ilə çıxış edib.
Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dekabrın 7-də “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə ARVK Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova, Rəyasət Heyətinin üzvü Lalə Nağıyeva, Vəkillərin İntizam Komissiyasının üzvü Esmira Hüseynova, Kollegiyanın üzvləri – Leyla Məmmədova, Sevda Məhərrəmova, Şəfa Camalzadə, Sevinc Əliyeva, Aygül Rəfiyeva, Ayşə Abdel Qadir, Aynur Hüseynova iştirak edib.
Həmçinin, dekabrın 1-də ARVK-da Misir Ərəb Respublikasının Dövlət Şurasının (Ali İnzibati Məhkəməsi) nümayəndə heyəti ilə görüş keçirilib və Kollegiyanın sədr müavini Şahmar Məmmədovla VK-nın Baş katibi Bayram Orucov çıxış ediblər.
Beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilən təlimlər və seminarlar
Məlum olduğu kimi, VK-nın Hüquqi Yardım və Tədris Mərkəzində (HYTM) 2022-ci ilin 4-5, 10-11, 16-17, 21-22, 23-25 və 28-29 noyabr tarixlərində UNİCEF-in Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində “Uşaqyönümlü hüquqi yardım – uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti” mövzusunda təlimlər baş tutmuşdu. Yüz üç vəkilin iştirak etdiyi təlim ümumilikdə 6 qrup olmaqla təşkil edilmişdi. Təlimçi qismində VK-nın üzvü, uşaq hüquqları üzrə ekspert Rafiq Alışov iştirak etmişdi. 2023-cü il yanvarın 12-də sözügedən təlimin bağlanış mərasimi keçirilib və iştirakçılara sertifikatlar təqdim olunub.
Fevralın 6-da isə Avropa İttifaqı və Avropa Şurasının təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” layihəsi üzrə ARVK üzvləri üçün “Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riskləri” mövzusunda seminar təşkil olunub və Kollegiyanın sədr müavini Aydın Axundov çıxış edib.
Eyni zamanda, mayın 3-də Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək layihəsi çərçivəsində İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3,5 və 6-cı maddələrinə dair təlimçilər üçün təlim təşkil edilib. Üçgünlük təlimlər VK, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi (Mərkəz), Hüquq və İnsan haqları İnstitutu və Avropa Şurasının birgə təşkilatçılığı ilə həyata keçirilib.
Bundan başqa, 11 iyul tarixində ELSA Azərbaycanın (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) təşkilatçılığı, ARVK və Ali Məhkəməsinin dəstəyi ilə Bakı şəhərində “Biznes hüququ” mövzusunda VII beynəlxalq yay hüquq məktəbinin açılış mərasimi baş tutub. İyirmidəm çox ölkədən ümumilikdə 70 tələbənin iştirak etdiyi yay hüquq məktəbi iyul ayının 16-na qədər davam edib.
12-14 iyul tarixlərində isə “Fairmont Baku” mehmanxanasında ABŞ-nin Kommersiya Departamentinin “Kommersiya hüququnun inkişafı proqramı” ilə (CLDP) ARVK-nın əməkdaşlığı çərçivəsində Kollegiya və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri üçün beynəlxalq arbitraj hüququna dair üçgünlük praktiki təlim keçirilib, VK-nın sədri Anar Bağırov açılış nitqi ilə çıxış edib.
Eyni zamanda, Kollegiyanın üzvü Nurəngiz Qarayeva İnsan Hüquqları üzrə Avropa Məhkəməsində təcrübə keçib. Təcrübə proqramı 11-21 iyul tarixlərini əhatə edib.
ARVK ilə Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin birgə əməkdaşlığı çərçivəsində sentyabr ayının 12-də Şirvan şəhərində yerləşən Olimpiya İdman Kompleksində və sentyabrın 14-də isə Lənkəran şəhəri ərazisindəki “Luxe Hotel”də Kollegiyanın üzvləri, prokurorluq, ədliyyə qurumlarının əməkdaşları və hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) üzrə təlimlər keçirilib.
Sentyabrın 29-da isə hüquq peşəkarları üçün İnsan Hüquqları sahəsində Təhsil Proqramının (HELP) “Hakimlər, Prokurorlar və Vəkillər üçün Etik Qaydalar” adlı təlim kursunun açılış mərasimi keçirilib. Hibrid formatda keçirilən açılış mərasimində ARVK-nın sədr müavini – HYTM-nin direktoru Şahmar Məmmədov çıxış edib.
Bundan başqa, sentyabrın 27-də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən, VK ilə əməkdaşlıq çərçivəsində və Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşünaslar üçün “BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının monitorinqi və hesabatlılıq”, oktyabrın 12-də “Yetkinlik yaşına çatmayanlarla bağlı ədalət mühakiməsinin həyata keçirilməsi. Beynəlxalq standartlar”, oktyabrın 20-də “BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının monitorinqi və hesabatlılıq” və habelə noyabr ayının 16-17-si tarixlərində isə “BMT-nin qadın hüquqlarının müdafiəsi sahəsində mexanizmləri” mövzuları üzrə təlimlər keçirilib.Təlimlərdə Kollegiyanın üzvləri də iştirak edib.
Bundan əlavə, 15 noyabr tarixində ARVK HYTM-də Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq elmlər doktoru, professor Lətif Hüseynovla hüquq ictimaiyyətinin nümayəndələri arasında görüş keçirilib, hüquq ictimaiyyəti ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Həmçinin, noyabrın 24-də Naxçıvan MR-da “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin bölmə iclasları keçirilib. İclasda Vəkillər Kollegiyasının Akademiyasının rektoru, h.e.d. Əmir Əliyev “Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri” mövzusunda çıxış edərək diqqətə çatdırıb ki, ARVK-nın sədri Anar Bağırovun təşəbbüsü ilə “Qərbi Azərbaycandan deportasiya edilmiş Azərbaycanlıların pozulmuş hüquqları haqqında Kompleks Beynəlxalq Hesabat”ın hazırlanması təklifi irəli sürülüb. Təklif müzakirə olunaraq dəstəklənib. Bildirilib ki, Azərbaycan hüquq cəmiyyətinə müraciət edilərək bu layihəyə dəstək verilməsi zəruri hesab edilib.
Noyabr ayının 25-də isə ARVK və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı ilə təşkil olunmuş “Beynəlxalq humanitar hüquq sahəsində aktual çağırışlar” adlı növbəti təlim keçirilib və Kollegiyanın 21 üzvü iştirak edib.
Eyni zamanda, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi (BMT QAK Azərbaycan), Dövlət Miqrasiya Xidməti (DMX), Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası ilə birgə əməkdaşlıq çərçivəsində, “Sığınacaq axtaran və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanın milli məhkəmə sisteminə çıxış imkanlarının artırılması” mövzusunda ikigünlük seminar keçirilib və VK-nın sədr müavini Pərviz Ələkbərov və Baş katibi Bayram Orucov çıxış ediblər.
RƏYASƏT HEYƏTİNİN İCLASLARI VƏ İNTİZAM İCRAATLARI
2023-cü il ərzində VK Rəyasət Heyətinin 20 iclası keçirilib, müvafiq qərarlar qəbul edilib. Bundan başqa, hesabat ili ərzində Vəkillərin İntizam Komissiyasının 22 iclası keçirilib. Eyni zamanda, Rəyasət Heyətinə qeyd edilən il ərzində 832 şikayət və müraciət daxil olub. Bunlardan 614-ü (74%) ilə bağlı intizam icraatı başlanılmayıb, 218-si (26%) barədə isə intizam icraatı başlanılıb. Şikayət və müraciətlərə gəldikdə isə 47-si (21%) dövlət orqanlarından, 43-cü (20%) qeyri-dövlət təşkilatlarından və 128-si (59%) isə vətəndaşlardan daxil olub.
Hesabat ili ərzində Vəkillərin İntizam Komissiyasında qəbul edilən rəylər üzrə Rəyasət Heyəti tərəfindən 217 qərar çıxarılıb. Belə ki, 33 (15%) intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq, 21 (10%) irad, 20 (9%) töhmət, 80 (37 %) pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və s. əsaslarla intizam icraatına xitam vermə, 46 (21%) qiymət verilməsinin mümkün olmaması, 9 (4%) vəkillik fəaliyyətinin müəyyən müddətə dayandırılması, 8 (4%) iş üzrə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edilmə ilə bağlı qərar çıxarılıb.
2023-cü il üzrə intizam icraatlarına dair statistik məlumatlar
Rəyasət Heyətinə daxil olan şikayət və müraciətlər
Rəyasət Heyətinə daxil olmuş şikayət və müraciətlərin sayı |
İntizam icraatı başlanılmamışdır |
İntizam icraatı başlanılmışdır |
832 | 614 (74%) | 218 (26%) |
İntizam icraatı başlanılmış işlər üzrə məlumatlar
Dövlət orqanlarından daxil olmuş şikayət və müraciətlər |
Qeyri-dövlət təşkilatlarından daxil olmuş şikayət və müraciətlər
|
Vətəndaşlardan daxil olmuş şikayət və müraciətlər |
47 (21%) | 43 (20%) | 128 (59%) |
Vəkillərin İntizam Komissiyası tərəfindən 2023-cü il üzrə 218 intizam icraatı və 2022-ci ildən davam etdirilən 66 intizam icraatı üzrə qəbul edilmiş rəylər
İntizam icraatlarının sayı |
2023-cü ildə şikayət və müraciətlər əsasında başlanılmış intizam icraatlarının sayı
|
2022-ci ildən davam etdirilən intizam icraatlarının sayı |
Pozuntu müəyyən edilmişdir
|
Pozuntu müəyyən edilməmişdir |
Qiymət verilməsi mümkün olmamışdır |
İntizam icraatına xitam verilmişdir
|
İcraatı dayandırılmışdır |
Araşdırma davam etdirilir |
284 | 218 | 66 | 117
( 41%) |
37
(13%) |
53
(19%) |
46
(16%) |
0
(0%) |
31
(11%) |
Vəkillərin İntizam Komissiyasında qəbul edilmiş rəylər üzrə Rəyasət Heyəti tərəfindən 2023-cü il üzrə çıxarılmış qərarlar
Cəmi
|
İntizam tənbehi tətbiq edilmədən xəbərdarlıq edilmişdir |
İrad |
Töhmət |
Pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və sair əsaslarla intizam icraatına xitam vermə |
Qiymət verilməsinin mümkün olmaması |
Vəkillik fəaliyyətinin müəyyən müddətə dayandırılması |
Üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət olunması (vəkillərin sayı)
|
217 | 33
(15%) |
21
(10 %) |
20
(9 %) |
80
(37 %) |
46
(21%) |
9 (4%)
_____________ * 1 il – 3 nəfər * 6 ay – 4 nəfər * 3 ay – 2 nəfər |
8 (4 %)**
__________________ * 5 nəfər – vətəndaşlardan daxil olan müraciətlər əsasında * 1 nəfər – dövlət orqanlarından daxil olan müraciətlər əsasında * 2 nəfər – VB-lərdən daxil olan müraciətlər əsasında |
**5 nəfər vətəndaşlardan daxil olan müraciətlər üzrə – müqavilədən əlavə qeyri-rəsmi pul, vəkilin heç bir iş görməyib aldığı pulu geri qaytarmaması, müştəriyə işin onun lehinə həllinin söz verərək işi həll etmək üçün ondan pul tələb etməsi.
2 nəfər VB-lərdən daxil olan müraciət üzrə – üzvlük haqqı borcunu ödəməmə.
1 nəfər dövlət orqanın müraciəti əsasında – qeyri-prosessual münasibət ilə bağlı.
VƏKİLLİKDƏ İNNOVASİYALARIN TƏTBİQİ – ELEKTRON XİDMƏTLƏR
Məlum olduğu kimi, vəkillikdə innovasiyaların tətbiqi məsələsi hər zaman xüsusi həssaslıqla yanaşılan hallardan biridir. Vətəndaşların hüquqi yardıma çatımlılığını təmin etmək üçün VK-nın veb-saytında bütün vəkil qurumlarının və vəkillərin onlayn reyestri yaradılıb və buradakı bütün informasiyaların yenilənməsi daim təmin edilməkdədir.
Xüsusilə vurğulayaq ki, Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində “Mediasiya haqqında” Qanunun tətbiqinə dəstək”, “Ədliyyə sistemində İKT və transformativ texnologiyaların tətbiqi zamanı şəxsi məlumatların qorunması üzrə strategiyanın hazırlanması” fəaliyyətlərinin icrası uğurla davam etdirilir. Bu fəaliyyətlərlə bağlı qeyd edilən il ərzində VK-nın rəhbərliyi ilə Azərbaycana gələn beynəlxalq ekspert qrupları arasında bir neçə dəfə görüş olub.
Belə ki, yanvarın 27-də “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsi üzrə Dünya Bankının layihə rəhbəri Eva Melisin başçılıq etdiyi nümayəndə heyəti ilə, fevralın 10-da isə Bankın fərdi məlumatların qorunması üzrə məsləhətçisi İvar Tallo, Bankın hüquqi məsələlər üzrə məsləhətçisi Karsten Mankhen və Mediasiya üzrə ekspert Leonardo D”Urso ilə VK-da görüş keçirilib.
Bundan başqa, 03 mart tarixində isə VK ilə Ədliyyə Nazirliyinin əməkdaşlığı çərçivəsində hazırlanmış dövlət hesabına hüquqi yardımın göstərilməsinə dair məhkəmə qərarlarının mərkəzləşdirilmiş elektron bölünməsi üzrə proqram təminatının təqdimetmə mərasimi keçirilib.
Eyni zamanda, oktyabr ayının 27-də HYTM-də Dünya Bankının dövlət sektoru üzrə mütəxəssisi, “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsinin Tapşırıq üzrə Qrup Rəhbəri Eva Melisin başçılıq etdiyi nümayəndə heyəti ilə növbəti dəfə görüş keçirilib, VK-nın sədr müavini Şahmar Məmmədov çıxış edib.
Həmçinin, “Elektron vəkil orderi”nə keçidlə bağlı pilot layihə olaraq qoşulan vəkil bürolarının təmsilçiləri ilə HYTM-də təlimat xarakterli təlimlər təşkil olunub.
Noyabr ayının 29-da isə NMRVK-da “Elektron vəkil kabineti”nin imkanları və elektron müraciət qaydalarına dair vəkillər üçün təlim keçirilib, ARVK-nın üzvü, Elektron Vəkil Komitəsinin sədri Nihad Əliyev iştirak edib.
Həmçinin, dekabrın 1-də ARVK-da Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib və Kollegiyanın sədr müavini Şahmar Məmmədovla VK-nın Baş katibi Bayram Orucov çıxış ediblər.
Bundan başqa, dekabrın 23-də isə VK-nın təşkilatçılığı ilə Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsi çərçivəsində vəkillər üçün “Elektron kabinetdən istifadə qaydaları” mövzusunda distant təlim keçirilib, “Arpa Consulting” şirkətinin hüquqşünası, Kollegiyanın üzvü İlkin Məmmədov “Elektron Məhkəmə Kabineti” adlı məruzə ilə çıxış edib.
YERLİ ƏMƏKDAŞLIQ
Yanvarın 30-da ARVK ilə Qarabağ Dirçəliş Fondu (QDF) arasında işgüzar görüş keçirilib. Tədbirdə Kollegiyanın sədri Anar Bağırov iştirak edib. Görüşün sonunda QDF tərəfindən Fonda ianə edən 37 quruma “İanə sertifikat”ları təqdim olunub.
Bundan başqa, fevralın 2-də ARVK ilə ölkəmizdə yerləşən çoxsaylı idman mərkəzlərinə məhdudiyyətsiz giriş imkanı verən “Push30” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, vəkillər Bakı, Gəncə, Sumqayıt, Xırdalan və digər şəhərlərdə fəaliyyət göstərən xeyli sayda fitnes mərkəzinə limitsiz giriş imkanı əldə edirlər.
Bundan əlavə, 24-28 fevral tarixlərində VK ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində Kollegiya üzvləri üçün onlayn qaydada ixtisasartırma təlimləri keçirilib. 120 vəkilin qatıldığı təlimdə VK üzvü Sadiq Bağırov “Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi – İşgəncələrin qadağan olunması”, Kollegiya üzvü Sevinc Əliyeva “Qadınların ədalət mühakiməsinə çatımlılığı” və Kollegiya üzvü Ruslan Vəliyev isə “İnsan alveri qurbanlarının hüquqlarının müdafiəsinə peşəkar baxış” mövzularında təlimçi qismində çıxış ediblər.
Martın 9-da ARVK rəhbərliyi Naxçıvan Dövlət Universitetində rektor, professor-müəllim heyəti və tələbələrlə görüşüb, müzakirələr aparıblar. Sonra Kollegiyanın fəaliyyətinə dair videoçarx nümayiş etdirilib, tələbələrin sualları cavablandırılıb. Daha sonra əməkdaşlıq haqqında memorandum imzalanıb.
Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş “İstehlakçı hüquqlarının müdafiəsi” mövzusunda konfrans təşkil edilib və Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub çıxış edib.
Bundan başqa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, VK-nın Biznes Hüququ Komitəsi və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı ilə təlim keçirilib. “Azərbaycanda rəqabət hüququnun praktiki məsələləri” mövzusunda baş tutan təlimdə Kollegiyanın 60-dan çox üzvü iştirak edib.
12-28 aprel tarixlərində isə VK ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində Kollegiya üzvləri üçün növbəti ixtisasartırma təlimləri təşkil olunub. 175 vəkilin qatıldığı təlimdə VK-nın üzvləri – Asif Mustafayev “Uşaqların onlayn cinsi istismarı və kibercinayətinə qarşı mübarizə”, Vüsal Kazımzadə “Müflisolmanın hüquqi əsasları və təcrübə”, Fərid Həsənov “Qəsdin əmələ psixoloji münasibətdə növü, formaları, tövsif zamanı müəyyən edilmə əsasları” və habelə Kollegiyanın Rəyasət Heyətinin üzvü Lalə Nağıyeva “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı” mövzularında təlimçi qismində çıxış ediblər.
Eyni zamanda, aprelin 19-da “Heydər Əliyev İli” çərçivəsində Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib və ARVK-nın sədri Anar Bağırov çıxış edib.
Bundan əlavə, aprelin 20-i Azərbaycanın Ali Məhkəməsinin təşəbbüsü ilə yaradılan Femida Dialoq Platforması çərçivəsində VK rəhbərliyi və üzvləri ilə görüş və müzakirələr keçirilib.
Mayın 3-də isə DİN-in Polis Akademiyasında “Heydər Əliyev və müasir Azərbaycan” adlı respublika elmi-praktik konfransı keçirilib. Konfransda VK-nın sədri Anar Bağırov iştirak edib və sonda Polis Akademiyası və Kollegiya arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
“Heydər Əliyev İli” münasibəti ilə mayın 4-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Fairmont Baku” hotelində “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix, zaman və nailiyyətlər” mövzusunda geniş konfrans keçirilib, Kollegiyanın sədri Anar Bağırov “Ümummilli lider və vəkillik institutunun inkişafı” mövzusunda çıxış edib.
Bundan başqa, ARVK-nın sədri Anar Bağırov BDU-nun Hüquq fakültəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ulu Öndər Heydər Əliyev hüquqi islahatların banisidir” mövzusunda konfransa qatılıb və “Heydər Əliyev və müstəqil Azərbaycan vəkilliyi” mövzusunda çıxış edib.
19 may tarixində isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, ARVK və Ali Məhkəmənin tərəfdaşlığı ilə “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda konfrans keçirilib və Kollegiyanın sədri Anar Bağırov çıxış edib.
Ali Məhkəmənin sədrinin təşəbbüsü ilə yaradılan Femida Dialoq Platforması çərçivəsində ARVK-nın üzvləri ilə keçirilən dialoqun davamı olaraq, iyunun 9-da Şirvan Apellyasiya Məhkəməsində Kollegiyanın sədr müavini Şahmar Məmmədovun, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin, məhkəmənin hakimlərinin və ərazi yurisdiksiyasında fəaliyyət göstərən VK üzvlərinin iştirakı ilə seminar-diskussiya keçirilib.
ARVK və Maliyyə Monitorinqi Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində 16 iyun tarixində “Müştərilərə öhdəlik daşıyan şəxslər tərəfindən təqdim olunan məhsul, xidmət və çatdırılma kanallarının xüsusiyyətləri ilə bağlı risk faktorlarının qiymətləndirilməsi metodları” və “Şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin hazırlanması” mövzularında VK üzvləri üçün HYTM-də təlim təşkil olunub, 20-yə yaxın vəkil iştirak edib.
27 oktyabr tarixində isə DİN-in Polis Akademiyasında Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə birlikdə təşkil edilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və “Zəfər Gününə” həsr olunmuş “Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Zəfər tarixi” mövzusunda respublika elmi-praktik konfrans keçirilib, Kollegiyanın sədr müavini Pərviz Ələkbərov çıxış edib.
Bundan əlavə, sentyabrın 13-də ARVK-nın rəhbərliyi ilə Vəkillərin İntizam Komissiyasının üzvləri arasında görüş keçirilib və Kollegiyanın sədri Anar Bağırovun rəhbərliyi ilə intizam məsələləri üzrə Komissiya üzvləri arasında müzakirələr aparılıb.
Məlum olduğu kimi, Rəyasət Heyətinin 16 dekabr 2022-ci il tarixli iclasında “Fərdi vəkillərin koordinasiyası komitəsi” yaradılıb və sədr Rəyasət Heyətinin üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Vüqar Babayev seçilib. Bunun davamı kimi, 2023-cü ilin 13 sentyabr tarixli Rəyasət Heyətinin iclasında isə fərdi qaydada fəaliyyət göstərən vəkil Adəm Məmmədov Komitənin sədr müavini və 17 üzvdən ibarət İşçi Qrupu seçilib.
Eyni zamanda, həmin gün VK-nın Rəyasət Heyətinin iclasında “Vəkillərin peşə hüquqlarının müdafiəsi komitəsi”nin yaradılması barədə qərar qəbul edilib. Rəyasət Heyətinin üzvləri – İlhamə Həsənova ilə Ramiz İbrahimov Komitəyə həmsədr seçilib.
Oktyabr ayının 20-də isə “De Fendo” VB-da ARVK-nın rəhbərliyi ilə hakim vəzifəsinə yeni təyin edilmiş 7 vəkil arasında görüş keçirilib, Kollegiya sədri Anar Bağırov yeni təyin olunan hakimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Həmçinin, həmin gün VK-nın Rəyasət Heyətinin iclasında Vəkillər Kollegiyasının Akademiyasının təsis olunması ilə bağlı qərar çıxarılıb, Kollegiyanın üzvü, h.e.d., professor Əmir Əliyevin Akademiyanın rəhbəri təyin edilib.
Ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda, ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutan ölkənin bütün regionlarından olan 600-ə yaxın qadının Bakının “Gülüstan” sarayında bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib. Qurultayda panel müzakirədə çıxış edən Kollegiyanın sədri Anar Bağırov “Hüquq-mühafizə orqanlarında gender bərabərliyi prinsipləri” mövzusunda danışıb, qadınların güc strukturlarında təmsil olunması istiqamətində görülən işlər barədə məlumat verib.
Bundan əlavə, Vəkillər Kollegiyasının Akademiyası və BDU-nun SABAH Mərkəzinin birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75 illiyinə həsr edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və İnsan hüquqlarına müasir yanaşmalar” adlı dəyirmi masa keçirilib. Vəkillər Kollegiyasının Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev, VK-nın Baş katibi Bayram Orucov və Vəkillərin İxtisas Komissiyasının sədri, h.e.d., Turqay Hüseynov çıxış ediblər.
Eyni zamanda, Azərbaycan Ombudsman Aparatının, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin, Hüquq və İnsan Haqları İnstitutunun və BDU-nun Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ARVK-nın sədri Anar Bağırov BDU-nun Hüquq fakültəsinin 95 illiyi münasibəti ilə Fəxri fərmanla təltif edilib.
Dekabrın 15-də isə Polis Akademiyası tərəfindən “Mülkiyyət əleyhinə törədilən cinayətlərin tədqiqinin cinayət-hüquqi, cinayət prosessual və kriminalistik aspektləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib, Vəkillər Kollegiyasının Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev çıxış edib.
Bundan başqa, dekabrın 15-də İsmayıllı rayonunda Mediasiya Şurası üzvlərinin Ümumi Yığıncağı keçirilib, ARVK-nın sədri Anar Bağırovun Mediasiya Şurasının Fəxri Mediator diplomu və yaxa nişanı ilə təltif olunduğu elan edilib.
Eyni zamanda, dekabrın 15-22-də ARVK və Azərbaycanın Mərkəzi Bankının birgə təşkilatçılığı ilə vəkillər üçün “Maliyyə Savadlılığı” mövzusunda növbəti təlim keçirilib, 22 vəkil iştirak edib.
VƏKİLLƏRƏ DƏSTƏK
Rəyasət Heyətinin qərarları ilə hesabat dövrü ərzində xəstəlikləri ilə əlaqədar olaraq, 5 vəkilə Vəkilliyin İnkişafı Fondundan maddi yardım göstərilib. Ümumiyyətlə, hesabat ili ərzində 29 vəkil analıq məzuniyyəti, təhsil və s. digər əsaslarla üzvlük haqqı ödəməkdən azad edilib.
Digər tərəfdən də ARVK dövlət orqanları ilə əməkdaşlıq və danışıqlar çərçivəsində hər zaman çalışır ki, vəkillərin peşə fəaliyyətini həyata keçirməsi üçün mövcud olan və ya yarana biləcək bütün problemlər aradan qaldırılsın. Hər il olduğu kimi, 2023-cü ildə də vəkillər VK-ya müraciət edərək bir sıra qurumlarda yaranmış süni maneələr və ya hansısa məsələ ilə bağlı narahatlıqlarını, iradlarını bildirib və bu məsələlərin həllində də ARVK öz dəstəyini əsirgəməyibdir.
Digər tərəfdən, martın 28-də Fransanın paytaxtı Parisdə VK-nın üzvü Aslan İsmayılovun “Sumqayıt, SSR-nin süqutunun başlanğıcı” adlı kitabının təqdimatı keçirilib. 2010-cu ildə işıq üzü görən kitab indiyədək rus, ingilis, türk və alman dillərinə tərcümə olunaraq dünyanın bir çox ölkələrində yayılıb.
Eyni zamanda, iyunun 9-da VK-nın üzvü Vasif Hüseynlinin “İşçi və işəgötürən əmək hüququnun subyekti kimi” adlı kitabının təqdimat mərasimi keçirilib, Kollegiyanın sədr müavini Pərviz Ələkbərov çıxış edib.
Dekabrın 20-də isə VK Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda Rəyasət Heyəti müxtəlif nominasiyalar üzrə “Vəkilliyin dostu”, “İlin vəkili”, “İlin vəkil qurumu”, İlin vəkil komitəsi” və “İlin təlimçi vəkili” mükafatlarının təsis edilməsini qərara alıb.
Həmçinin, dekabrın 28-də “Vəkil Günü” peşə bayramı münasibətilə ənənəvi olaraq Vəkillər Kollegiyasının rəhbərliyi, orqanları və qurum rəhbərləri Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilib. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Daha sonra Vəkillər Kollegiyasının rəhbərliyi, orqanları və qurum rəhbərləri Şəhidlər xiyabanında ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər, xatirə şəkli çəkdiriblər.
SOSİAL AKSİYALAR, YARIŞMALAR
Məlum olduğu kimi, VK-da qocalar və uşaqlar evinə tez-tez səfərlər, ətraf mühitin mühafizəsi üçün aksiyalar daim təşkil edilir, o cümlədən idman və elmi sahələrdə çoxsaylı yarışlar, müsabiqələr həyata keçirilir. Bunlara misal olaraq beynəlxalq və yerli futbol və şahmat turnirlərini, rəssamlıq, ədəbiyyat və bir çox bədii yaradıcılıq müsabiqələrini göstərə bilərik.
2023-cü ilin Novruz bayramı ərəfəsində Ədliyyə Nazirliyinin, Hüquq və İnsan Haqları İnstitutunun və VK-nın birgə təşkilatçılığı ilə 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkumlar üçün “Novruz çələngi” xeyriyyə tədbirləri keçirilib və Kollegiyanın sədr müavini Aydın Axundov çıxış edib.
“Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlərin davamı olaraq, VK tərəfindən 6-7 may tarixlərində “III Vəkil Şahmat” yarışı təşkil edilib. Respublika üzrə 35 vəkilin qatıldığı yarışda vəkil Elşən Səfərov birinci, vəkil Samir Hüseynzadə ikinci, vəkil Camal Əliyev isə üçüncü yeri tutublar.
Bundan əlavə, 13 may – 15 iyul tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, ARVK-nın və AFFA-nın birgə təşkilatçılığı ilə vəkillər arasında 4-cü Vəkil Futbol Liqası keçirilib. 9 komandanın, ümumilikdə 90-dən artıq vəkilin iştirak etdiyi, 1 dövrədən ibarət olan turnirdə “Şuşa” komandası çempion olub.
26 avqust tarixində isə 14 saylı VB kollektivi Büronun rəhbəri Telman Qasımovun təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günü münasibətilə Təhsil Nazirliyinin 11 saylı inteqrasiya təlimli internat məktəbini ziyarət ediblər. Görüş çərçivəsində uşaqlara müxtəlif sovqatlar və hədiyyələr təqdim edib, 3000 AZN dəyərində pal-paltar, həmçinin, digər zəruri tələbat malları internata ianə olaraq verilib, uşaqlarla maraqlı gün keçirilərək, istək və arzuları öyrənilib, sualları cavablandırılıb.
Bundan başqa, sentyabrın 13-də ARVK Rəyasət Heyətinin növbəti iclasında Kollegiyanın Vəkil Klubu tərəfindən keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Vətənim Azərbaycan!” adlı III Vəkil bədii yaradıcılıq müsabiqəsi”nin qalibləri açıqlanıb. İştirakçılardan “Kəngərli və partnyorları” VB-nin vəkili Aslan Heydarov birinci, hüquqşünas Şəhriyar Həbilov ikinci, Nüşabə Əhməd isə üçüncü yerin sahibi olub. VK-nın sədri Anar Bağırov tərəfindən onlara mükafatlar təqdim edilib.
Həmçinin, 26 sentyabr – 1 oktyabr tarixlərində ARVK-nın üzvləri və ölkənin hüquqşünasları İspaniyanın Salou şəhərində təşkil edilən futbol üzrə 7-ci “Lawyers World Cup” adlı dünya çempionatında iştirak edib və 7-ci olublar.
Oktyabrın 25-də isə ARVK və Azərbaycanın Ali Məhkəməsinin birgə təşəbbüsü və təşkilatçılığı ilə “Avropa Ədalət Mühakiməsi Günü” və “Avropa Vəkillər Günü”nə həsr olunan ədalət mühakiməsi rəmzlərinin sərgisi keçirilib. Ali Məhkəmənin inzibati binasında təşkil olunan sərgidə VK-nın üzvü Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi, atributlar, Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin şəxsi kolleksiyasına aid olan vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş olunub.
Bundan başqa, VK-nın üzvləri Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr olunan həvəskar komandalardan ibarət II Ənənəvi Futbol Turnirində iştirak edib və finala yüksələrək ikinci olub.
Eyni zamanda, 7-10 dekabr tarixlərində VK-nın üzvləri İtaliyanın Kataniya şəhərində təşkil edilən futbol üzrə “Coppadell’OrdineSicily” kubokunun qalibi olub.
Hazırda isə ARVK-nın komandası Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirində iştirak edir və turnir 2024-cü il mayın 6-dək davam edəcək.
GƏNCLƏRƏ DƏSTƏK – GƏNCLƏRDƏ VƏKİL PEŞƏSİNƏ MARAĞIN ARTIRILMASI
ARVK tərəfindən hər zaman gənc hüquqşünasların vəkilliyə marağının artırılması diqqət mərkəzində saxlanılır, eyni zamanda, universitetlərdə daxili tədbirlər, ayrı-ayrı gənclərə müxtəlif sahələrdə dəstək göstərilir.
Belə ki, VK və Gənclər Fondunun birgə təşkilatçılığı ilə hüquqşünas tələbələr üçün “Vəkil olmaq istəyirəm” adlı qış məktəbinin açılış mərasimi keçirilib və Kollegiyanın sədr müavini Şahmar Məmmədov çıxış edib. Nəzərə çatdırılıb ki, bu layihə gənc hüquqşünasların ixtisaslaşmasına böyük töhfə verəcək və onların vəkillik fəaliyyəti ilə daha yaxından tanış olmasına imkan yaradacaq. Eyni zamanda, tələbələrin Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil edilib. Həmçinin, qış məktəbinin iştirakçısı olan hüquqşünas tələbələr üçün Konstitusiya Məhkəməsində səhnələşdirilmiş Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası təşkil olunub. VK-nın üzvü Nihad Əliyevin sədrliyi ilə aparılan iclasda hakim qismində Nihad Əliyev, Nəzrin Əliyeva, Lalə Fərzəliyeva, Anar Məmişov, Elyar Həsənov, Sadiq Bağırov və Səttar Məmmədov çıxış ediblər. Qeyd edək ki, “Vəkil olmaq istəyirəm” adlı qış məktəbi hüquqşünas tələbələrdə vəkillik peşəsinə marağın artırılması və onların qış tətilini səmərəli keçirməsi məqsədilə təşkil olunub. Eyni zamanda, fevralın 26-da qış məktəbinin tələbələri Ağdamda Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Unudulmayan tarix” adlı anım tədbirində iştirak edib. Həmçinin, tələbələr “Kamandar Nəsibov və Partnyorları” VB-də də olublar. Burada məlumat verilib ki, 80-dən artıq ölkədən vəkil cübbələri (mantiyaları) toplanaraq, VK-nin dəstəyi ilə dünyada ilk dəfə “Dünya vəkil cübbələri və atributları” sərgisi keçirilib və muzeyi yaradılıb. Büroda yerləşən həmin muzeydə vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları da daxil olmaqla, ümumilikdə 10 minə yaxın eksponat yer alır.
Bundan başqa, ARVK, Azərbaycan Gənclər Fondunun birgə tərəfdaşlığı və NAYORA-nın təşkilatçılığı ilə “Gənclər təşkilatlarının hüquqi savadlılığının artırılması” layihəsi keçirilib, Kollegiyanın sədri Anar Bağırov tədbirdə çıxış edib.
II “Yüksəliş” müsabiqəsinin qalibi Ramil Abulov “Yüksəliş” müsabiqəsinin idarəçi rəhbəri Anar Bağırov ilə 1 illik fərdi inkişaf – mentorluq proqramı çərçivəsində mütəmadi görüşlər keçirib. Eyni zamanda, Anar Bağırov III Yüksəliş müsabiqəsinin final mərhələsinə mentor qismində qatılıb.
Qürur hissi ilə bildiririk ki, Kollegiyanın Baş katibi Bayram Orucov bu il keçirilən III Yüksəliş müsabiqənin qalibi olub. Qeyd edək ki, 13 474 namizədin qatıldığı bu müsabiqə 5 müxtəlif mərhələdən ibarətdir və bu mərhələlərin hər birini uğurla keçən 22 nəfər qalib ola bilib. Qaliblər arasında yeganə hüquqşünas olan Bayram Orucov, həmçinin, “sosial məsuliyyət” kompetensiyası üzrə ən yüksək göstəriciyə malik iştirakçı seçilib.
Martın 9-da isə ARVK rəhbərliyi NDU-da professor-müəllim heyəti və tələbələrlə görüşüb. Tədbirdə əməkdaşlıq haqqında memorandum imzalanıb. Universitetdə ELSA Azərbaycan tərəfindən ilk dəfə ARVK və NDU ilə əməkdaşlıq çərçivəsində “Milli Məhkəmə Müsabiqəsi: Naxçıvan” səhnələşdirilmiş məhkəmə müsabiqəsi də keçirilib. Müsabiqədə ittihamçı tərəf qismində və müdafiəçi tərəf qismində NDU-nun III və IV kurs tələbələri çıxış ediblər. Komandanın çıxışları hakimlər tərəfindən qiymətləndirilib, müsabiqənin sonunda qaliblərə mükafatlar təqdim edilib.
Aprelin 30-da isə Ali Məhkəmədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyinin (ELSA Azərbaycan) təşkilatçılığı ilə təşkil olunan “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin final mərhələsi Konstitusiya Məhkəməsində keçirilib, VK-nın sədri Anar Bağırov çıxış edib.
Bundan əlavə, iyulun 11-də ELSA Azərbaycanın təşkilatçılığı, ARVK-nın və Ali Məhkəmənin dəstəyi ilə Bakı şəhərində “Biznes hüququ” mövzusunda VII beynəlxalq yay hüquq məktəbinin açılış mərasimi baş tutub, Kollegiyanın Rəyasət Heyətinin üzvü Vüqar Babayev açılış nitqi ilə çıxış edib.
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Vəkil olmaq istəyirəm” adlı II yay məktəbi təşkil edilib. 26-30 iyul tarixlərində Şəki şəhərində keçirilən yay məktəbində iştirak edən 55 hüquqşünas tələbəyə peşəkar biliklərin artırılması məqsədi ilə prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları, nitq qabiliyyəti və digər sahələr üzrə təlimlər keçilib. Yay Məkətəbində vəkil Əli Hüseynovun iştirakı ilə “Karyera söhbətləri” aparılıb, vəkil Günay Sultanova, Şəki Rayon Məhkəməsinin hakimi Elşən Vəliyev, Baş Prokurorluğun əməkdaşı Tamerlan Niftəliyevin təlimçi qismində iştirakı ilə Səhnələşdirilmiş Məhkəmə təşkil edilib. Eyni zamanda təlimlərdə vəkillər Xəyal İbrahimov, Altay Mustafayev, Paşa Səfərov təlimçi qismində iştirak edib, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə tələbələrə təqdimat xarakterli təlim keçib və Qadın Vəkillər Alyansı ilə tələbələr arasında görüş təşkil olunub.
Bundan əlavə, dekabrın 22-də Azərbaycan Konstitusiya Məhkəməsində ELSA Azərbaycan tərəfindən ARVK-nın tam dəstəyi ilə həyata keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının 9-cu buraxılışının final mərhələsi keçirilib. Nəticədə “Libertas” komandasının üzvləri qalib elan olunub.
Həmçinin, ARVK ilə ölkədə hüquq təhsili olan bütün universitetlər arasında imzalanmış əməkdaşlıq memorandumlarına əsasən, gənclərin və universitetlərin fəaliyyətinə müxtəlif formalarda göstərilən dəstək çərçivəsində, həmin tələbələrin vəkil qurumlarında təcrübə keçmələri üçün hər cür şərait yaradılır. Hesabat ili ərzində müvafiq vəkil bürolarında 198 tələbə istehsalat təcrübəsində, 182 nəfər isə könüllü qaydada təcrübə keçib.
Eyni zamanda, NDU-da ARVK tərəfindən təsis edilən təhsildə fərqlənən tələbələr üçün “Heydər Əliyev adına tələbə təqaüd proqramı” və “Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı”nın ayrılması məqsədilə müsahibə mərhələsi keçirilib. Belə ki, universitetin Beynəlxalq və hüquq fakültəsinin II kurs tələbəsi Sevgi Rzayeva “Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı” və universitetin Hüquq və beynəlxalq münasibətlər fakültəsinin III kurs tələbəsi İnfin Zeyniyev isə “Heydər Əliyev adına tələbə təqaüd proqramı”na layiq görülüb.
Bildirmək istərdik ki, hüquqşünas tələbələrdə vəkillik peşəsinə marağın artırılması istiqamətində VK rəhbərliyinin iştirakı ilə bir sıra universitet və akademiyalarda səmərəli görüşlər keçirilib, memorandumlar imzalanıb.
PULSUZ HÜQUQİ YARDIM AKSİYALARI – STATİSTİKA
2023-cü il ərzində ARVK tərəfindən bütün ölkə üzrə 5014 nəfər aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib. Bunlardan 74 pulsuz hüquqi yardım aksiyası zamanı 2510 (“Heydər Əliyev İli” çərçivəsində keçirilən 61 aksiya üzrə 960 nəfərə göstərilən pulsuz hüquqi yardım da daxil olmaqla) aztəminatlı şəxsə pulsuz hüquqi yardımın göstərilməsi təmin edilib.
Hesabat ili ərzində Milli İnsan Hüquqları Günü münasibətilə VK tərəfindən Bakı və regionlarda – 15 yerdə vətəndaşlar üçün bir aylıq pulsuz hüquqi yardım aksiyası təşkil edilib. Eyni zamanda, ARVK tərəfindən hər il ölkədə qeyd edilən Novruz bayramı, İnsan Hüquqları Günü, Milli Qurtuluş Günü, Uşaqların Beynəlxalq Müdafiəsi Günü, Azərbaycanın Silahlı Qüvvələri Günü, Zəfər Günü və s. milli bayramlar münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində respublika üzrə fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən aztəminatlı şəxslərə, məcburi köçkünlərə, qaçqınlara 13 aksiya üzrə 1550 nəfərə pulsuz hüquqi yardım göstərilib.
Ən çox pulsuz hüquqi yardım aksiyaları Naxçıvan MRVK və Gəncə şəhər 1 saylı VB tərəfindən təşkil edilib. Belə ki, Naxçıvan MRVK tərəfindən təşkil edilən 15 aksiyada 290 aztəminatlı şəxsə, Gəncə 1 saylı VK tərəfindən təşkil edilən 14 aksiyada isə 306 nəfər vətəndaşa pulsuz hüquqi yardımın göstərilməsi təmin olunub.
Aksiyalardan başqa 2023-cü ildə vəkil qurumlarına daxil olmuş müraciətlər üzrə 2493 nəfərə pulsuz hüquqi yardım göstərilib. Bunlardan, 413 vətəndaşa HYTM tərəfindən, digər qurumlar tərəfindən isə 2080 vətəndaşa pulsuz hüquqi yardım göstərilmişdir. Həmçinin şəhid ailələrinə və qazilərə pulsuz hüquqi yardım göstərilməsi, o cümlədən məhkəmə proseslərində pulsuz təmsilçilik həyata keçirilməsi haqqında Rəyasət Heyətinin qərarına əsasən, 11 şəhid ailəsi və qazi müraciəti qeydiyyata alınıb, onlara pulsuz hüquqi yardımın göstərilməsi təmin edilib. Bunlardan 5-i şəhid ailəsi, 6-sı isə qazidir.
Bundan əlavə də qeyd edək ki, gündəlik mütəmadi olaraq vəkil və VB-lərə şifahi müraciət ünvanlanıb, onların sualları cavablandırılıb, müvafiq izahlar verilib.
DÖVLƏT HESABINA HÜQUQİ YARDIM FƏALİYYƏTİ
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin 2019-cu il 3 aprel tarixli Fərmanının tələblərinə uyğun olaraq, 2020-ci ildən başlayaraq dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqqın ödənilməsi məqsədilə nəzərdə tutulan vəsaitin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən birbaşa VK-ya ayrılması təmin edilir.
Bu məqsədlə “Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 672-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Prezidentin 2022-ci il 30 dekabr tarixli Fərmanı ilə dövlət büdcəsində VK-ya 5 000 000,0 manat vəsait nəzərdə tutulub və hesabat ili ərzində həmin vəsaitin Kollegiyaya ayrılması təmin edilib.
VK tərəfindən 2023-cü il ərzində büdcə haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq və maliyyə intizamına riayət edilməklə cinayət prosesini həyata keçirən orqanların qərarları əsasında dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqların (məbləğlərin) ödənişləri vaxtında təmin olunub.
Belə ki, 2023-cü il dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqların ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlə bağlı xərclərin rüblər və aylar üzrə bölgüsünə uyğun olaraq, vəkil büroları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən sənədlərin Kollegiyaya təqdim edilməsi ardıcıllığı gözlənilməklə cinayət prosesini həyata keçirən orqanlar (təhqiqat, istintaq, prokurorluq orqanları və məhkəmələr), o cümlədən mülki işlər üzrə qəbul olunmuş qərarlar əsasında dövlət hesabına hüquqi yardıma görə 39 830 qərar üzrə 4 999 982,10 manat (bank xidməti də nəzərə alınmaqla) vəsaitin 97 vəkil qurumuna və 38 fərdi qaydada fəaliyyət göstərən vəkilə, ümumilikdə isə 973 vəkilə ödənişi təmin edilib.
İcra edilən qərarlardan – 26 563-ü məhkəmə, 13 267-i isə istintaq orqanlarının qərarlarıdır. Müvafiq olaraq həmin qərarların icrasına 2 575 800,84 manat və 2 424 181,26 manat vəsait sərf edilib.
İXTİSASARTIRMA TƏLİMLƏRİ VƏ DİGƏR TƏLİMLƏR
2023-cü il ərzində ümumilikdə 49 təlim keçirilib. Həmin təlimlərdə 1279 vəkil iştirak edib. ARVK ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində 25 ixtisasartırma təlimlərində 866 vəkil, keçirilən 24 digər təlimlərdə isə 413 vəkil iştirak edib.
İXTİSASARTIRMA TƏLİMLƏRİ:
1. 24 fevral 2023-cü il tarixində “Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (İşgəncələrin qadağan olunması)” mövzularında distant formada ixtisasartırma kursu keçirilib. Kursda 51 vəkil iştirak edib.
2. 28 fevral 2023-cü il tarixində “Qadınların ədalət mühakiməsinə çatımlılığı” mövzularında distant formada ixtisasartırma kursu keçirilib. Kursda 36 vəkil iştirak edib (tədris kursunun müddəti 1 saat).
3. 28 fevral 2023-cü il tarixində “İnsan alveri qurbanlarının hüquqlarının müdafiəsinə peşəkar baxış” mövzularında distant formada ixtisasartırma kursu keçirilib. Kursda 33 vəkil iştirak edib.
4. 12 aprel 2023-cü il tarixində “Uşaqların onlayn cinsi istismarı kibercinayətinə qarşı mübarizə” mövzularında distant formada ixtisasartırma kursu keçirilib. Kursda 41 vəkil iştirak edib.
5. 17 aprel 2023-cü il tarixində “Müflisolmanın hüquqi əsasları və təcrübə” mövzularında distant formada ixtisasartırma kursu keçirilib. Kursda 62 vəkil iştirak edib.
6. 20 aprel 2023-cü il tarixində “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı” mövzularında distant formada ixtisasartırma kursu keçirilib. Kursda 34 vəkil iştirak edib (tədris kursunun müddəti 1 saat).
7. 28 aprel 2023-cü il tarixində “Qəsdin əmələ psixoloji münasibətdə növü, formaları, tövsif zamanı müəyyən edilmə əsasları” mövzularında hibrid formada ixtisasartırma kursu keçirilib. Kursda 39 vəkil iştirak edib.
8. 12 may 2023-cü il tarixində “Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən səmərəli istifadəsi” mövzularında distant formada ixtisasartırma kursu keçirilib. Kursda 42 vəkil iştirak edib.
9. 18 may 2023-cü il tarixində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılması əməlinin tövsifi əsasları” mövzularında əyani formada ixtisasartırma kursu keçirilib. Kursda 7 vəkil iştirak edib.
10. 24 may 2023-cü il tarixində “Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci (Şəxsi və ailə həyatına hörmət) və 14-cü maddələri (ayrı-seçkiliyin qadağan olunması)” mövzularında əyani formada ixtisasartırma kursu keçirilib. Kursda 11 vəkil iştirak edib.
11. 25 may 2023-cü il tarixində “Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən səmərəli istifadəsi” mövzularında distant formada ixtisasartırma kursu keçirilib. Kursda 38 vəkil iştirak edib.
12. 13 iyun 2023-cü il tarixində “İnsan alveri qurbanlarının hüquqlarının müdafiəsinə peşəkar baxış” mövzularında distant formada ixtisasartırma kursu keçirilib. Kursda 20 vəkil iştirak edib.
13. 16 iyun 2023-cü il tarixində “Müsadirə-cinayət hüquqi tədbir kimi” mövzularında hibrid formada ixtisasartırma kursu keçirilib. Kursda 10 vəkil iştirak edib.
14. 22 iyun 2023-cü il tarixində “Müsadirə-cinayət hüquqi tədbir kimi” mövzularında distant formada ixtisasartırma kursu keçirilib. Kursda 21 vəkil iştirak edib.
15. 13 oktyabr 2023-cü il tarixində “Cinayət prosesində mülki iddia” mövzularında distant formada ixtisasartırma kursu keçirilib. Kursda 51 vəkil iştirak edib.
16. 20 oktyabr 2023-cü il tarixində “Uşaqların onlayn cinsi istismarı kibercinayətinə qarşı mübarizə” mövzularında distant formada ixtisasartırma kursu keçirilib. Kursda 26 iştirak edib.
17. 24 oktyabr 2023-cü il tarixində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılması əməlinin tövsifi əsasları” mövzularında distant formada ixtisasartırma kursu keçirilib. Kursda 20 vəkil iştirak edib.
18. 31 oktyabr 2023-cü il tarixində “BMT-nin insan hüquqları mexanizmləri. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt” və onun nəzarət mexanizmləri” mövzularında distant formada ixtisasartırma kursu keçirilib. Kursda 32 vəkil iştirak edib.
19. 07 noyabr 2023-cü il tarixində “İrqi Ayrı-seçkiliyin Bütün formalarının Ləğv Edilməsi Haqqında Konvensiya” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 17 vəkil iştirak edib.
20. 15 noyabr 2023-cü il tarixində “İnzibati mübahisələr ilə bağlı işlər üzrə icraat” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 52 vəkil iştirak edib.
21. 23 noyabr 2023-cü il tarixində “İnsan alveri qurbanlarının hüquqlarının müdafiəsinə peşəkar baxış” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 18 vəkil iştirak edib.
22. 28 noyabr 2023-cü il tarixində “Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən səmərəli istifadəsi” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 44 vəkil iştirak edib.
23. 7 dekabr 2023-cü il tarixində “Qanun üzrə vərəsəlik və mirasdan məcburi pay institutlarının əsasları” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 75 vəkil iştirak edib.
24. 11 dekabr 2023-cü il tarixində “Korrupsiyaya qarşı mübarizə beynəlxalq və milli qanunvericilikdə. Maraqların toqquşması və onun qarşısının alınması üzrə tədbirlər” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 38 vəkil iştirak edib.
25. 22 dekabr 2023-cü il tarixində “Xüsusi ittiham qaydasında təqib olunan cinayətlər” mövzusunda distant formada ixtisasartırma kursu keçirilib. Kursda 48 vəkil iştirak edib.
DİGƏR TƏLİMLƏR:
1. 06 fevral 2023-cü il tarixində Avropa İttifaqı və Avropa Şurasının təşkilatçılığı ilə “Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riskləri” mövzusu üzrə təlim
2. 13 aprel 2023-cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, VK-nın Biznes Hüququ Komitəsi və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı ilə “Azərbaycanda rəqabət hüququnun praktiki məsələləri” mövzusu üzrə təlim
3. 3-5 may 2023-cü il tarixində Avropa Məhkəməsinin qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək layihəsi çərçivəsində Avropa Konvensiyasının (İHAK-ın) 3, 5 və 6-cı maddələrinə dair 3 günlük təlimlər
4. 30-31 may 2023-cü il tarixlərində ARVK ilə Unicef Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusu üzrə təlim
5. 16 iyun 2023-cü il tarixində ARVK və Maliyyə Monitorinqi Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin hazırlanması” mövzusu üzrə təlim
6. 21-22 iyun 2023-cü il tarixlərində ARVK ilə Unicef Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusu üzrə təlim
7. 04 iyul 2023-cü il tarixində (Gəncə şəhərində) – ARVK ilə Unicef Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusu üzrə təlim
8. 12-14 iyul 2023-cü il tarixində ABŞ-nin Kommersiya Departamentinin “Kommersiya hüququnun inkişafı proqramı” ilə (CLDP) ARVK əməkdaşlığı çərçivəsində beynəlxalq arbitraj hüququna dair 3-günlük praktiki təlim
9. 29 iyul 2023-cü il tarixində (Gəncə şəhərində) ARVK, Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının Azərbaycandakı Baş ofisinin birgə əməkdaşlığı çərçivəsində Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (işgəncələrin qadağan olunması) və 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) mövzusu üzrə təlim
10. 28 iyul 2023-cü il tarixində (Şəki şəhərində) ARVK, Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının Azərbaycandakı Baş ofisinin birgə əməkdaşlığı çərçivəsində Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (işgəncələrin qadağan olunması) və 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) mövzusu üzrə təlim
11. 12 sentyabr 2023-cü il tarixində ARVK, Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının Azərbaycandakı Baş ofisinin birgə əməkdaşlığı çərçivəsində Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) mövzusu üzrə təlim
12. 14 sentyabr 2023-cü il tarixində ARVK, Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının Azərbaycandakı Baş ofisinin birgə əməkdaşlığı çərçivəsində Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) mövzusu üzrə təlim
13. 26 sentyabr 2023-cü il tarixində (Quba şəhərində) ARVK, Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının Azərbaycandakı Baş ofisinin birgə əməkdaşlığı çərçivəsində Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) mövzusu üzrə təlim
14. 27 sentyabr 2023-cü il tarixində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən, VK ilə əməkdaşlıq çərçivəsində “BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının monitorinqi və hesabatlılıq” mövzusu üzrə təlim
15. 28 sentyabr 2023-cü il tarixində (Sumqayıt şəhərində) – ARVK, Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının Azərbaycandakı Baş ofisinin birgə əməkdaşlığı çərçivəsində Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) mövzusu üzrə təlim
16. 12 oktyabr 2023-cü il tarixində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən, VK ilə əməkdaşlıq çərçivəsində “Yetkinlik yaşına çatmayanlarla bağlı ədalət mühakiməsinin həyata keçirilməsi. Beynəlxalq standartlar” mövzusu üzrə təlim
17. 17 oktyabr 2023-cü il tarixində ARVK ilə Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının Azərbaycandakı Baş ofisinin birgə əməkdaşlığı çərçivəsində “Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi: Azərbaycanda işgəncələrin qadağan olunması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusu üzrə təlim
18. 20 oktyabr 2023-cü il tarixində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən, ARVK ilə əməkdaşlıq çərçivəsində “BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının monitorinqi və hesabatlılıq” mövzusu üzrə təlim
19. 27 oktyabr 2023-cü il tarixində İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən, ARVK ilə əməkdaşlıq çərçivəsində “BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqlarının Müdafiəsi sahəsində İnsan Hüquqları Alətləri və Mexanizmləri” mövzusu üzrə təlim
20. 27 noyabr 2023-cü il tarixində ARVK və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı ilə “Beynəlxalq humanitar hüquq sahəsində aktual çağırışlar” mövzusu üzrə təlim
21. 27 noyabr 2023-cü il tarixində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi (BMT QAK Azərbaycan), Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası ilə birgə əməkdaşlıq çərçivəsində “Sığınacaq axtaran və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanın milli məhkəmə sisteminə çıxış imkanlarının artırılması” mövzusu üzrə təlim
22. 29 noyabr 2023-cü il tarixində (Naxçıvan MR) “Elektron vəkil kabineti”nin imkanları və elektron müraciət qaydaları mövzusu üzrə təlim
23. 15-22 dekabr 2023-cü il tarixində ARVK və Azərbaycanın Mərkəzi Bankının birgə təşkilatçılığı ilə vəkillər üçün “Maliyyə Savadlılığı” mövzusunda növbəti təlim
24. 23 dekabr 2023-cü il tarixində Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsi çərçivəsində vəkillər üçün “Elektron kabinetdən istifadə qaydaları” mövzusunda distant təlim.
ARVK RƏYASƏT HEYƏTİNƏ DAXİL OLAN SƏNƏDLƏR
Hesabat ili ərzində Rəyasət Heyətinə ümumilikdə 5453 sənəd daxil olub. Belə ki, həmin müraciətlərin 2181-i vətəndaşlar tərəfindəndir. Özünü vəkil kimi təqdim edən şəxslərdən 72 (onlardan 11 təkrar) şikayət, dövlət hesabına vəkillə təmin edilmə ilə bağlı 313 (onlardan 34 təkrar) müraciət və 548 (onlardan 113 təkrar) digər (təşəkkür, xahiş və s.) sənəd qəbul olub.
Bildirmək istərdik ki, Rəyasət Heyətinə vətəndaş müraciətləri dövlət orqanlarından (388), birbaşa vətəndaş və digər qurumlar (nazirliklər, hüquqi şəxslər və s) (ümumilikdə 1793) vasitəsi ilə də daxil olub.
Məhkəmələrdən daxil olan sənədlərin sayına gəldikdə isə bu, 238-dir. Onlardan 28-i məhkəmə proseslərində vəkillərin iştirakının təmin olunması barədə məktublar, 37-si Konstitusiya Məhkəməsindən rəy verilməsi üçün müraciətlər və 173-ü isə digər yazışmalardır. Eyni zamanda, ARVK Konstitusiya Məhkəməsinə 34 iş üzrə rəy verib.
Həmçinin, 2023-cü ildə vəkil qurumlarından (501), vəkillərdən (679), vəkillərin fəaliyyətinə müdaxilə ilə bağlı 1199 sənəd, vəkilliyə qəbulla bağlı 884 müraciət daxil olub. Bunlardan 785 sənəd qanunvericilik, tədbirlərə dəvət, sorğular, tələbnamələr və s. ilə bağlıdır. Eyni zamanda, hesabat ili ərzində Kollegiyadan qurumlara və vətəndaşlara 2227 məktub göndərilib.
“VƏKİLLİYİN DOSTU” MÜKAFATI VƏ DİGƏR TƏLTİFLƏR
“Vəkil Günü” peşə bayramı ərəfəsində dekabrın 27-də “Fairmont” mehmanxanasında müstəqil Azərbaycan vəkilliyinin banisi, dahi lider Heydər Əliyevin 100 illiyi ilə bağlı VK-nın təntənəli mərasimi keçirilib. Tədbirdə vəkilliyin inkişafına verdiyi töhfəyə və səmərəli əməkdaşlığa görə məhkəmə hakimiyyətindən Konstitusiya Məhkəməsi, qanunvericilik hakimiyyətindən Milli Məclis, icra hakimiyyətindən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, hüquq-mühafizə orqanlarından Baş Prokurorluq, ali təhsil müəssisələrindən ADA Universiteti və hüquq müdafiəçilərindən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu 2023-cü ilin “Vəkilliyin dostu” mükafatı ilə təltif edilib. Həmçinin, mərasimdə Hüquq və İnsan Haqları İnstitutu “Səmərəli əməkdaşlığa görə”, o cümlədən II “Yüksəliş” müsabiqəsinin qalibi Ramil Abulov “Yüksəliş” müsabiqəsinin idarəçi rəhbəri Anar Bağırov ilə 1 illik fərdi inkişaf – mentorluq proqramını müvəffəqiyyətlə bitirdiyinə görə təltif olunub.
Bundan başqa, 2023-cü il ərzində ən çox pulsuz hüquqi yardım aksiyasında fəal iştirak etdiyinə görə Gəncə şəhər 1 saylı VB (14 aksiya – 306 nəfər vətəndaş) ilə NMRVK (15 aksiya – 290 aztəminatlı şəxs) “İlin vəkil qurumu”, il ərzində VK-nın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Biznes Hüququ Komitəsi “İlin vəkil komitəsi”, il ərzində dövlət hesabına hüquqi yardım göstərən vəkillər sırasında ən çox uğurlu nəticə əldə etdiyinə görə (təqsirləndirilən şəxs barəsində çıxarılan 4 bəraət hökmünə nail olub) Sumqayıt Regional VB-nin vəkili Elşad İsayev “İlin vəkili” və il ərzində keçirilən təlimlərdə (14 təlim) fəal iştirakına görə “Kredo” VB-nin vəkili Vüsalə Muradxanlı “İlin təlimçi vəkili” elan olunub. Eyni zamanda, tədbirdə 18 vəkil Fəxri Hüquq Doktoru, 20 vəkil Fəxri Fərman və 38 vəkil isə Təşəkkür mükafatı ilə təltif edilib.
Bundan əlavə, dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Vəkil Günü” peşə bayramı münasibətilə bir qrup vəkilin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasında vəkilliyin inkişafındakı xidmətlərinə görə Hüseynov Əli Meybulla oğlu, Hüseynov Turqay İmanqulu oğlu, Hüseynova Esmira Hüseyn qızı, Qasımov Telman Abiəli oğlu, Quliyev Azər Şahbala oğlu, Məmmədova Leyla Polad qızı, Mustafayev Muxtar Nağı oğlu, Nəhmətov Fazil İldır oğlu, Rəsulov Arif Əmrulla oğlu, Rüstəmova Natəvan Famil qızı və Usub Elçin Arif oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.
Sonda bildirmək istərdik ki, ötən 6 ildə vəkillik sahəsində aparılan islahatlar və görülən işlər çərçivəsində, yuxarıda qeyd olunanların davamı kimi, ARVK hər zaman öz missiyasına sadiq qalmaqla vətəndaşlara xidmət, qanunların keşiyində durmaq istiqamətində fəaliyyətini daha da möhkəmləndirəcəkdir.
Gununsesi.info