Vəkillər Kollegiyası beynəlxalq təşkilata üzv qəbul edildi

  • By admin
  • 13 May 2022 18:50

Bütün vəkillərimizi və ölkəmizin hüquq ictimaiyyətini ürəkdən təbrik edirik.

Bu gün İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Assosiasiyasının (CCBE) plenar iclasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association həmin təşkilata üzv qəbul olunmuşdur.

Gununsesi.info xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, CCBE CCBE – Council of Bars and Law Societies of Europe Avropa Şurası və Avropa İttifaqına üzv olan bütün ölkələrin vəkillər kollegiyalarını birləşdirən ən nüfuzlu təşkilatdır.

4 illik məhsuldar fəaliyyətin nəticəsi olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası CCBE tərəfindən müstəqil peşə birliyi olaraq rəsmən tanınmış və gərgin müzakirələrin nəticəsində böyük səs çoxluğu ilə təşkilata üzv qəbul olunmuşdur.

Gununsesi.info