Vəkillər Kollegiyası intizam nəzarətini gücləndirib

  • By Admin2
  • 19 Yanvar 2026 10:53

2025-ci ildə VK-ya 1 556 şikayət daxil olub.

Gununsesi.info xəbər verir ki, onlardan 162 müraciət üzrə intizam icraatı başlanılıb.

Vəkillərin İntizam Komissiyasının icraatında ümumilikdə 190 intizam işi olub və 85 faiz iş üzrə müvafiq rəy qəbul edilib.

İntizam tədbirləri çərçivəsində xəbərdarlıq, töhmət, fəaliyyətin müvəqqəti dayandırılması, cərimə və Kollegiya üzvlüyündən xaric etmə kimi qərarlar qəbul edilib. Bununla yanaşı, bir sıra işlər üzrə pozuntu müəyyən edilməyib və ya icraata xitam verilib.

Hesabatda qeyd olunur ki, həyata keçirilən islahatlar vəkil peşəsinin nüfuzunun artmasına, hüquqi yardımın keyfiyyətinin yüksəldilməsinə və vətəndaşların hüquqi xidmətlərə çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verib.

Vəkillər Kollegiyası 2025-ci ildə də hüquqi dövlət quruculuğuna töhfə vermək, peşəkar və güclü vəkil korpusunun formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirib.

Gununsesi.info