Vərəm dispanserində biabırçılıq - VİDEO

  • By admin
  • 26 May 2017 10:06
2017-05-26-10-27-491495776663_tre
Salyan Rayonu Vərəm Dispanserinin xəstəsi Coşqun Nuriyev bildirib ki, xəstəxanada onlara normal yemək verilmir.
Gununsesi.info xəbər verir ki, bu barədə C. Nuriyev Kanal 13-ə şikayət məktubu göndərib. O, bildirib ki, gündəlik onlara çörək və süddən başqa heçnə verilmir. Şikayətçi xəstəxanada baş verənləri kameraya çəkərək kanala göndərib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məsələ ilə bağlı Kanal13-ə açıqlama verərək deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib.
“Onlara dövlət tərəfindən hər cür şərait yaradılıb. Xəstələr həm dərman maddələri, həmdə qida ilə təmin olunurlar”.