Vərəm Dispanserində qətl törədilib

  • By admin
  • 28 Dekabr 2016 10:15

QETL

Bakıda qətl törədilib.

Gununsesi.info xəbər verir ki,  Xəzər Rayon Prokurorluğunun yaydığı məlumata görə, hadisə Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsində yerləşən Vərəm Dispanserində baş verib.

Dispanserdə tibb bacısı işləyən, 1971-ci il təvəllüdlü Fərqanə Bağır qızı Mürsəlova qızının əri, 1992-ci il təvəllüdlü Elçin Arzuman oğlu Hüseynov tərəfindən bıçaqlanaraq öldürülüb.

İlkin məlumata görə, hadisəni törədən Elçin Hüseynovla həyat yoldaşı arasında mübahisə yaranıb, həyat yoldaşı evi tərk edərək anasıgilə gedib.

E. Hüseynov dispanserə gələrək, F. Mürsəlovadan qızını geri göndərməsini tələb edib.

F. Mürsəlova isə E. Hüseynovun tələbinə rədd cavabı verib. Tərəflər arasında yaranan mübahisə qadının qətli ilə nəticələnib.

E. Hüseynov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.

Gununsesi.info