Vətən Müharibəsi Qəhrəmanı korpus komandiri təyin edildi

  • By admin
  • 23 İyul 2021 19:16

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyində yeni təyinatlar olub.

“Gununsesi. info”nun məlumatına görə, bu təyinatlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin birinci müavini general-mayor Kənan Seyidovla bağlıdır.

HTML tutorial

Prezident İlham Əliyevin sərəncamına əsasən, general-mayor Seyidov Kənan Əlihüseyn oğlu Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri təyin olunub.

Qeyd edək ki, ötən ilin noyabrın 20-də general-mayor rütbəsi alan Kənan Seyidov Vətən müharibəsi işitakçısıdır. O, ikinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə 4 medala layiq görülüb. K.Seyidov “Vətən Müharibəsi Qərhrəmanı” adı ilə birgə Şuşa, Füzuli və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.

Gununsesi. info