Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısı açıqlanıb.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından mayın 8-dək dəfn edilən 2 895 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 19 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısı ilə bu linkdə.

Gununsesi.info