Vətən Müharibəsindən sonra mina qurbanlarının sayı açıqlandı

  • By admin
  • 31 Yanvar 2023 13:31

2020-ci ilin 10 noyabr tarixindən bugünədək mina partlayışları nəticəsində 282 nəfər minaların qurbanı olub.

Gununsesi.info xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov bildirib.

O qeyd edib ki, mina hadisələri zamanı 236 nəfər xəsarət alıb, 46 nəfər həlak olub: “Təəssüflər olsun ki, mina qurbanların sayı artmaqda davam edir”.

Gununsesi.info