
Ölkəsinə, millətinə sevgisi qarşılıqsızdır.
Vətənşüvən yox, vətənpərvərdir.
Dövləti üçün, milləti üçün ölümün gözünə dik baxandır.
Qorxusuz insandır.
Günahsız yerə həbsə də atıldı. Yüz milyonlarla vəsaitini itirdi. Həbsindən sonra yaşadıqları ilə sübut etdi ki, yüz minlərlərlə, milyonlarla insanı sevindirdiyi kimi onu sevməyənləri də məyus edə bilir.
Bu ADAM Mübariz Mənsimovdur.
Həbsindən sonra bəzilərinin sevinərək “Artıq onun gəmisi batdı” deyə proqnoz verənləri də qısa zamanda xəyal qırıqlığına uğratdı.
Mənsimovun həbsdən sonra müflis olduğunu , onun daha ayağa qalxa bilməyəcəyini deyənlər “Palmali Group”un az qala hər ay 44 günlük Vətən Savaşı şəhidlərinin adına dünya sularına yola saldığı gəmiləri gördükcə, “ola bilməz, axı necə oldu” deyə özlərinə sual edirlər.
Mübariz Mənsimovun dostları danışır ki, azadlığa çıxdığı ilk saatda dünyanın ən məşhur iş adamları, bank sahibləri ona telefon açaraq, “keçmiş olsun” deməklə bərabər öz köməkliklərini təklif edib.
Bu, Mənsimovun iş dünyasında hansı etibara sahibi olmasının ifadəsidir.
Bu gün o yenə də işinin başındadır. Yenə də xeyirxah əməllərindən qalmır.
Onunla İstanbul səfərimdə görüşdük.
Hal-əhval tutduqdan, sonra elə ilk sualım azadlığa qovuşduqdan sonra özünü necə toparlaması barədə oldu.
Ona qarşı böyük oyun qurulduğunu vurğulayaraq əlavə edir: “Məni batırmaq istəyənlər oldu, amma düşünmədilər ki,haqq-ədalət gec-tez öz yerini tapır. Bizi gəmimiz batmayıb, batmayacaq da. Bizim gəmidən minlərlə ailə evinə çörək aparır. O ailələrin duaları bizə yetir. Mirabonun məşhur sözünü yəqin ki, siz də bilirsiniz. Deyir ki, ədalət topaldır, yavaş-yavaş gedir, amma sonda mütləq gedib ünvanına çatır. Mən bir həbslə batan adam deyiləm. Bu gün Allaha şükürlər olsun ki, işlərimizi qaydaya salmışıq. Allahıma şükr edirəm ki, mənə üz tutan çarəsiz insanlara nəsə edə bilirəm”.
“Şəhidlərimizin adını tankerlərə vermək təşəbbüsü necə yarandı” sualına Mənimsov belə cavab verir: “Mən 44 Günlük Vətən Müharibəsində həbsdə edim. Vəkillərim, yaxınlarımla ilk görüşdüyümdə ancaq müharibə xəbərlərini soruşurdum. Şəhidlər üçün nə etsəm də azdır. Bu gün Azərbaycan dövləti, xalqı və biz hamımız onlara borcluyuq. Düşündüm ki, yenilənən gəmilərimiz onların adını daşısın. Mən şəhid ailələrini qəbul edirəm. Biz bunu eləməklə onların qəlbinə bir sərinlik gətiririk. Mən bundan çox rahat oluram. Vətən, torpaq, şəhid, millət mənim üçün həssas mövzudur”.
“Azərbaycana, xalqınıza olan sevginiz danılmazdır. Ancaq həbs olunanda əleyhinizə sifariş verdirənlər və bu sifarişi məmnuniyyətlə icra edənlər də tapıldı . Bu kimi hallar sizin xalqa, ölkəyə olan bağlarınızı qırmadı ki” deyə soruşuram.
“Bu adamları hamı tanıyır, bilir. Mən millətimi, dövlətimi qarşılıqsız sevmişəm. Sevindirici haldır ki, cənab Prezident bu adamlara bələd oldu. Artıq ifşa olunublar. Tezliklə öz əməllərinə görə də haqq etdikləri cəzanı alacaqlar. Mən o adamlar haqqında danışmaq istəmirəm” deyərək, növbəti sualımı gözləyir.
Bu arada ona gələn bir telefon zəngində zəlzələ bölgəsindəki vəziyyəti soruşur, göndərdiyi yardımların necə çatması ilə maraqlanır.
“Havalar soyuqdur, hər gün 3 dəfə isti yeməklərinizi paylayın. Aşçı çatmırsa, sayını artırın. Nə lazımdırsa, tələb edin, buradan göndərək” deyə tapşırıqlarını verir.
Telefon söhbətini başa çatdırandan sonra zəlzələ faciəsindən danışırıq. Dediklərindən məlum olur ki, “Palmali Group” Hatay bölgəsində Samandağ ərazisində cadır şəhərciyi qurub. İsti geyimlərlə təmin olunan bu çadırlarda qalan insanlara həm də gündəlik 3 dəfə yemək paylanılır. Bundan başqa zəlzələ bölgəsinin uşaqlarının təhsili üçün də ayrıca vəsaitin ayrıldığı məlum olur.
Türkiyə onun çalışdığı, yaşadığı və ən əsası pul qazandığı daha bir Vətənidir. Ona görə də zəlzələnin acı nəticələrinin aradan qalxması üçün əlindən gələni edir.
Qeyd edək ki, “Palmali Holding”in zəlzələdə zərərçəkənlər üçün fərdi olaraq başlatdığı yardım kampaniyasının dəyəri 30 milyon TL-yə çatıb.
Pərviz Həşimli
Bakı-İstanbul-Bakı
Gununsesi.info