Vətəndaş Baş nazir Əli Əəsdova müraciət etdi

  • By admin
  • 04 İyul 2023 14:11

Tovuzun Çataq Sovetliyinin Kazımlı kəndinin sakini Hüseynov Firdovsi Çingiz oğlu Baş nazir Əli Əsədova müraciət edib. Vətəndaş xüusi ilə vurğulayır ki, həm Nazirlər Kabinetinin tərkibində olan dövlət qurumları (DİN), həm də digər problemlə bağlı aidiyyatı qurumlar öz işlərini görmədiyi üçün Baş nazirə müraciət etməli olub.

Gununsesi.info həmin müraciət yazısını təqdim edir:

Hörmətli Baş nazir!

Mən, Hüseynov Firdovsi Abşeron rayonu Hökməli qəsəvəsi At yalı, Y/YM Zəngəzur küçəsi ünvanı qeydiyyatında, nəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olan Miriyeva Günel Eldar qızı ilə 2021-ci ilin may ayında 24 ay müddətinə hər ay üçün 925 manat ödəniş olmaqla, cəmi 13000 manat məbləğində Mercedes Benz VİTO 15 CDİ markalı minik avtomobilinin alınması üçün razılığa gəlmişik.

M. Günel mənə dedi ki; “Sən müəyyən bir məbləğ düzəlt. Qalan pulu mən sənə verirəm, sən tapdığın avtomobili al. Daha sonra sən verdiyim pulu aydan-aya mənə geri qaytararsan”.

Günel Miriyeva avtomobilə baxdıqdan sonra xoşuna gəlir. Sonra mənə bunları deyir: “Mən avtomobili alıram. İşləri özüm görəcəm. Gücün çatan pulu gətirib verərsən, sənə etibarnamə verərəm”.

Həmin razılaşmaya əsasən, əlində avtomobil olmadığı üçün Günel üçüncü şəxsdən avtomobili 6265 manat olmaqla “MilliÖn” terminalı vasitəsi ilə 5000+1060+205=6265 ilkin ödəniş vermişəm.  Qalan 13 min manatı nəqliyyat vasitəsini satana Günel özü ödədiyi üçün mən ona hər ay 925 manat olmaqla hissə-hissə ödəməli idim. Avtomobilin pulunun 13 min manatını maşını satana Günel ödədiyi üçün nəqliyyat vasitəsi Günelin adına sənədləşdirdi.

6060 manatı MilliÖN ödəmə terminalı vasitəsi ilə avtomobil satıcısı Qurbanov Etibar Şakir oğlunun kartına, qalan 205 manatı isə Miriyeva Günel Eldar qızının şəxsi kartına göndərmişəm. Mənim avtomobil satıcısı Qurbanov Şakirdən heç bir şikayətim yoxdur. Ödənişi etdikdən sonra nəqliyyat vasitəsini istifadə etmək üçün Günel mənə 21.05.2021 tarixli 356504 saylı Etibarnamə verdi Sonradan, razılaşmadan 27(iyirmi yeddi) gün keçdikdən sonra Günel mənimlə əlaqə quraraq ona ödəməli olduğum aylıq pulun 925 manat deyil, 1025 manat olduğunu bildirdi. Buna görə də, aramızda telefonda mübahisə yarandı.

Günel Miriyeva mənə bunları dedi: “Səhv hesablamışam, təsdiqlənmə pulunu yanlış hesablamışam, onu verməlisən”.

 

Əli müəllim!

Dövlət qurumları yerinə yetirməli olduğu işlərini icra etmirlər. G. Miriyeva dəfələrlə dili ilə həm polisdə həm də mənə səhv olduğunu etiraf etsə belə.

Yazıya davam edirəm… Sonra qardaşımın etibarnaməsinə xitam verildi. Sonra dəfələrlə mənim etibarnaməmə xitam verdi. Ən əsası da, aylıq ödənişin miqdarını  qaldırdı. Başlanğıcda 900 manat demişdi, sonra 1200 manat etdi. Sonra da gördüm ki, uyğunlaşmırıq. Lökbatan dairəsində avtomobili əylədim. Zəng etdim, gəldi. Mübahisə etdik. Oradan da Lökbatan Polis Bölməsinə getdik. Qadın bildirdi ki, şikayət etmə.

Razılaşmaq üçün həmin tarixdə Günellə Qaradağ Rayonu Lökbatan dairəsində görüşdük. Aramızda yenə mübahisə yarandı.

Ona görə də, sizin tabeliyinizdə olan Daxili İşlər Nazirliyinin polis işçiləri bizi Lökbatan qəsəbəsində yerləşən polis bölməsinə apardılar. Burada hansı səbəbdən mübahisə etdiyimizi soruşduqda, mən məsələni polis əməkdaşlarına bildirdim. Onlar da hadisə ilə bağlı Günelin izahatını aldılar.

Polis bölməsində izahat alınarkən Günel Miriyeva mənə borclu olduğunu etiraf etdi və ulumu geri qaytaracağını polis əməkdaşlarının yanında etiraf etdi.

Güneş məndən xahiş etdi ki, ondan şikayət etməyim. Mənim ona verdiyim 6265 manatı özümə geri qaytaracaq. Ancaq oradan gəldikdən sonra məndən bir müddət gözləməyi xahiş etdi. Gözlədim. Ancaq nə pulumu mənə verdi, nə də avtomobili. Sonradan ona bir neçə dəfə pulumu geri verməsi üçün zəng etsəm də, ədalı şəkildə bildirdi ki; “Get kimə şikayət edirsənsə, et. Pulunu vermirəm”.

Mən də siz bu ölkənin Baş naziri olaraq sizə müraciət edirəm.

 

Beləliklə, Miriyeva Günel Eldar qızı avtomobili mənə satmaq adı ilə dəyərini hissə-hissə ödəmək şərti ilə etibarımdan sui-istifadə edərək 6265 manat pulumu mənimsəyib.  Mənə qarşı dələduzluq edib, yazıram, çünki pulumu mənə əmlak vermək vədi ilə edib.

Mən ödənişi etdikdən sonra avtomobili Günel özü 19.000 manata alıb. Həmin

Qiyməti 12 min 600 manat olub. Faizlərlə birlikdə .

 

Məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə və Baş Prokurorluğa müraciət etmişəm.

Elədiyi hərəkətin dələduzluq olduğunu bildiyi üçün avtomobil alqı-satqısı münasibəti görüntüsü yaradaraq gələcəkdə hüquq-mühafizə orqanlarından yaxa qurtarmaq və ən pis ehtimalla, işi mülki mübahisə qaydasında həll etmək üçün zəmin yaradıb.

Yazıb sizdən xahiş edirəm ki, Baş naziri olduğunu mən vətəndaşın müraciətinə əsasən, Miriyeva Günel Eldar qızının mənə vurduğu zərəri ödəməsi üçün kömək edəsiniz.

Alqı-satqı və ödəniş qəbzi və digər dövlət sənədlərinin hər birinin üzünü təqdim etməyə hazıram.

 

Öncədən təşəkkür edirəm!

Əlaqə nömrəsi: +994 55 618 68 81 (Firdovsi Hüseynov)

Gununsesi.info