“Vətəndaş düşünür ki, Zamirə Hacıyevanın Londonda xərclədiyi 130 milyon pulla…” -Deputat

  • By admin
  • 13 Noyabr 2018 21:36

“Gununsesi.org” xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.

O bildirib ki, prezident İlham Əliyevin şəhid ailələri ilə bağlı fərmanından sonra Səlim Müslümov açıqladı ki, bu fərman 8800 ailəyə şamil olunacaq:

“Demək o, hesablamanı əvvəldən aparıbmış. Sığorta Fondunun əməkdaşı isə iki nimdaş dəftərlə insanların qarşısına çıxdı. O boyda qurum informasiya texnologiyalarının olduğu şəraitdə şəhid  tərcümeyi-halını bu vasitələrlə köçürə bilməyib. Yaxud da deyirlər ki, kimsə şəhidinin qırxı çıxmamış gəlib vəsaiti alıb. İndi də hüquqi varis məsələsini ortaya çıxarıblar”.

Millət vəkili həmçinin çıxışında qeyd edib ki, 3 il əvvəl baş verən devalvasiya təkrar, bürokratik komitələrdən qurtulmağa kömək edib: “Bu il isə yenidən şişən aparatların şahidi oluruq. Hökumətin borcu aqrar sektoru inkişaf etdirməkdir, nəinki şişən aparatları genişləndirmək”.

Günel Türksoy