Vətəndaş Həmrəyliyi Partiyası qərargahını dəyişir

  • By admin
  • 16 Fevral 2017 17:56

vip

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) qərargahını dəyişir.

Gununsesi.info xəbər verir ki, bu barədə VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib.

O bildirib ki, qərargah təmir ediləcək: “Partiyanın qərargahı təmir ediləcək, lift və istilik sistemi quraşdırılacaq. Ona görə müvəqqəti olaraq “Qanun” Nəşrlər Evində fəaliyyət göstərəcəyik. Təmir başa çatdıqdan sonra yenidən həmin binada fəaliyyətimiz davam edəcək”.

Qeyd edək ki, VHP-nin qərargahı Bakının Xətai rayonunda, “Qanun” Nəşrlər Evi isə paytaxtın Nəsimi rayonunda yerləşir. Nəşrlər Evi VHP sədri Sabir Rüstəmxanlının qardaşı Şahbaz Xuduoğluna məxsusdur.

Gununsesi.info