
Bir neçə gün əvvəl Ucar rayonunda 30 ildir ki, məskunlaşan Kəlbəcər köçkünü Faziil Təhməzovun istifadəsində olan torpaq sahəsinin əlindən alınmasına dair şikayətini dərc etmişdik.
Qeyd edək ki, həmin şikayətdə fermer təsərrüfatı olan Fazil Təhməzova yerli orqanlar “Artıq Kəlbəcər azaddır, öz yurduna get” deyə onu qayıdışdan öncə rayondan çıxarmaq istəklərindən bəhs edilib.
Rayonun icra başçısı Mənsur Məmmədova şikayət yazan Fazil Təhməzov bir surətini də Gununsesi.info-ya yollayıb.
Həmin müraciəti təqdim edirik:
Hörmətli cənab Mənsur Məmmədov!
Sizin Ulu Öndərimiz, dünya şöhrətli siyasətçi, mərhum prezidentimi rəhmətlik Heydər Əliyevin Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 149 nömrəli Fərmanından (xüsusi olaraq 1-ci bəndinin 6-cı abzastı) məlumatınız varmı? Varsa niyə icrası ilə bağlı tədbirlər görmürsüz? Yoxdursa o vəzifəni niyə daşıyırsız? Varsa və tədbir də görmürsünüzsə Ulu Öndərimizin imzasına niyə hörmət
qoymursuz?
Biz kəndçilər cəhənnəmə. Bəs o boyda dahi şəxsiyyətəmi hörmətiniz yoxdur? Sizə təkrarən
müraciət edirəm ki, Kəlbəcər və digər rayonlarımız Müzəffər Ali Baş Komandanın komandanlığı altında işğaldan azad edildikdən sonra hələ torpaqlarımıza qayıtmamış bizə Ucarda divan tutan xırda məmurlar, qoluçomaqlar barədə etdiyim şikayətə Sizin tərəfinizdən məhəl qoyulmaması bu işin təşkilatçılığının məhz Sizin tərəfinizdən təşkil edildiyini düşünməyə vadar edir. Ayrı cür
təsəvvür edə bilmirəm.
30 ilə yaxın istifadə etdiyim və Bələdiyyə torpağı olan örüş sahəsi Bələdiyyə sədri Şükürov Nazir, İcra Nümayəndəsi Əfqan Rəhimovun göstərişi əsasında Vüqar Mürsəlov tərəfindən zəpt edilib, təyinatı dəyişdirilibdir. Ərzaq təhlükəsizliyinin tüğyan etdiyi bir vaxtda heyvanlarımın örüş sahəsi olmaması səbəbindən heyvanlarım acından qırılmaq təhlükəsi ilə üzləşibdir. Siz də bunu
seyr etməklə məşğulsunuz.
Sizdən tələb edirəm ki, haqqı tərəfimdən ödənilmək şərti ilə, tez bir zamanda yuxarıda qeyd etdiyim fərmanın icrasını təmin edərək təsərüffatım üçün örüş sahəsinin ayrılması üçün tədbir görəsiniz. Əgər təmin etməsəniz onsuzda uzun müddətdir ac qalan heyvanlarımla birlikdə onların aksiyasına qoşularaq mətbuat vasitəsi ilə aclqı aksiyasına başlayacağımı cənəb prezidentimizə
bildirəcəyəm.
Elmar
Gununsesi.info