Vətəndaş ümidini məmurlardan üzüb mediyaya üz tutdu

  • By admin
  • 17 Sentyabr 2016 09:20

     azenko

Bakı şəhəhəri , Səbail rayonu, Q.Abbasov küçəsi,

HTML tutorial

46, m.40-da yaşayan “Azenco” ASC-nin Nəqliyyat

İdarəsinin Yol hərəkətinin təhlükəsizliyi bölməsinin

rəisi, həm də səhmdarı Qarayev Babamir Mahal

oğlu tərəfindən 

M Ü R A C İ Ə T

 

Məlumat üçün Sizə bildirmək istəyirəm ki, 2002-ci ildən “Azenco” ASC-də işləyirəm. 01.07.2005-ci il tarixdən Nəqliyyat İdarəsində “Yol hərəkətinin təhlükəsizliyi” bölməsinin rəisiyəm. İşlədiyim müddətdə öz vəzifə borcumu layiqincə yerinə yetirmişəm, heç bir cəzam olmayıb. Avtomobil nəqliyyatı üzrə ali təhsilli mühəndisəm

2015-ci ilin iyul ayında “Azenco”ASC-nin nəqliyyat idarəsindən işdən azad olunan sürücü, Kəlbəcər qaçqını Məhəmməd Əliyevin adına Audit idarəsinin rəisi Faiq Ağayev tərəfindən şərlənərək 3385 litr borc yanacaq yazıldı və son əmək haqqının verilməsinə qadağa qoyuldu. Sürücü Məhəmməd Əliyev Faiq Ağayevlə razılaşmayıb haqqını tələb etdikdə Faiq Ağayev sürücüyə hədə-qorxu gəlib təhqir etmişdir. Sürücü Məhəmməd Əliyev təhqirlərə dözməyib 21.07.2015-ci il tarixdə Sumqayıt Texnologiyalar Parkının ərazisində yerləşən Audit idarəsinin 2-ci mərtəbəsində özünü yandırdı. Yanan sürücü sərbəst danışıb gəzə bilsə də, Faiq Ağayev sürücünü zavodun içində gizlətdi ki, hüquq-mühafizə orqanları ondan izahat ala bilməsinlər. 21.07.2015-ci il tarixdə yanan sürücünü 24.07.2015-ci il tarixədək zavodun içərisində gizlətdilər. Huşu itəndən sonra Audit idarəsinin rəisi Faiq Ağayevin və Əmək haqqı şöbəsinin rəisi Araz Kərimovun naməlum adamları yanan sürücünü 24.07.2015-ci il tarixdə saat 14:44-də 5-saylı Bakı şəhər xəstəxanasının yanıq şöbəsinin həyətinə atıb orda deyiblər ki, Sumqayıtda partlayış olub və həmin partlayış vaxtı yanmışdır. Xəstəxanaya kimin aparması qeyd olunmayıb. Ölüm ayağında sürücünün son əmək haqqını ödədilər.

Yanan sürücünü zavodun içərisində gizlədib həkimə aparmadığlarına etiraz etdiyim üçün Faiq Ağayevin və Araz Kərimovun naməlum adamları məni izləyib bildirdilər ki, yanan sürücü haqda danışsan səni Sadval təşkilatının əli ilə yox etdirəcəyik. Dəfələrlə izlənildiyimi hiss edib məcbur olub Baş Prokurora müraciət etdim. Baş Prokurorluqdan məni Sumqayıt Prokurorluğunda ölüm işini araşdıran müstəntiq Vüqar Məmmədzadənin yanına göndərdilər 21.07.2015-ci il tarixdə yanan sürücü haqda Sumqayıt Prokurorluğuna ölümündən sonra 27.07.2015-ci il tarixdə məlumat vermişlər.

Bir neçə şahidlə müstəntiqə izahat vermək istəsəm də, izahatımın müstəntiqə lazım olmadığını bildirdi. Müstəntiqin vasitəsilə “Azərenerji” ASC-nin nümayəndəsi mənimlə görüşüb şikayətimi dayandırmağı xahiş etdi, həm də söz verdi ki, mənə olan təqiblərin qarşısını alacaq. Ara sakitləşəndən sonra 28.12.2015-ci il tarixdə məni işdən azad etdilər.

Xətai rayon Məhkəməsi məni öz işimə bərpa etsə də “Azenco” ASC Apellyasiya şikayəti verdi. Bakı Apellyasiya Məhkəməsi “Azenco” ASC-nin şikayətini rədd etdi. Lakin “Azenco” ASC-nin rəhbərliyi Ali Məhkəməyə şikayət verərək bildirmişdir ki, nəyin bahasına olursa-olsun məhkəmənin qərarını ləğv elətdirib mənim işə bərpa olunmağıma imkan vermiyəcək.

7-aydır yazdığım bütün şikayyətlər Baş Prokurorluğun istintaqa nəzarət idarəsinə daxil olmuş, işi araşdıran prokuror Cəlil Mahmudovla görüşmək istəsəm də imkan verməmişlər. Baş Prokurorluqda mənə bildirmişlər ki, rəsmi cavab veriləcək. Rəsmi cavablarında da Sadvalçıları müdafiə etmişdilər.

Xətai rayon məhkəməsində araşdırma zamanı məlum oldu ki, “Azenco” ASC-nin əmək haqqı barədə verdiyi arayışlarla Bankdan çıxarılan əmək haqqı arasında külli miqdarda fərq vardır.

Mən yanan sürücünün Sumqayıt Texnologiyalar Parkının içərisində gizlədilməsinin və əmək haqqının verilməsində baş verən korrupsiya hallarının araşdırılmasını tələb etsəm də, istintaq idarəsi başqa formada cavab verir.

İstintaq idarəsi cavab verir ki, sürücü yanıq şokundan ölmüşdür. Yanan adamı xəstəxanaya aparmayıb zavodun içərisində gizlədəndə əlbətdə ki, şokdan öləcək, kefdən ölməyəcək ki!…

Prokurorluq orqanları bunları müdafiə etdiyi üçün mənə hədə-qorxu gəlirlər. Cinayəti görüb xəbər verməyəndə adamı məsuliyyətə cəlb edirlər. Ancaq sürücünü yandırıb zavodun içərisində gizlədən Faiq Ağayevdən heç izahat da almırlar.  Çünki o, Sadvalçıdır, həm də Vahabisdir.  Bu cinayət sayılmır.

Məlumat üçün Sizə bildirmək istəyirəm ki, “Azenco” ASC-nin 2-ildir təyin edilmiş sədri Vüqar Şahmuradovun qardaşı “Qaranquş” dəstəsinin başçısı, polisdə işləmiş Şahmuradov Fuad Hüseynqulu oğlu 1993-cü ildə Qubadlı rayonunda Ulu Öndər Heydər Əliyevin təyin etdiyi dövlət adamlarını Prokuroru, Hakimi, Polis rəisini, Müstəntiqi, və Sürücünü güllələyib meyidlərini də tanınmasın deyə yandırmışdır. Sonra Sumqayıt şəhərinə qaçıb gəlmiş, Sumqayıt şəhərində mühasirə olunduqda ona verilən  tərkisilah əmrinə tabe olmamış, atışma nəticəsində ölmüşdür. Əmisi oğlu Yaşar Şahmuradov isə ömürlük həbsdədir. Terroristin qardaşı olan Vüqar Şahmuradov “Azenco” ASC-nə rəhbərlik edir.

İstintaq orqanları bunları müdafiə etdiyi üçün Araz Kərimov deyir ki “Azenco” ASC-i bizimkilərindir.

Terroristin qardaşları:

  1. Vüqar Şahmuradov – sədr, 2-ildir işləyir;
  2. Rauf Şahmuradov – şöbə rəisi, sədrin qardaşı; 

SADVALÇILAR:

  1. Faiq Ağayev – Audit idarəsinin rəisi, 3-ildir işləyir;
  2. Rauf Ağayev – mütəxəssis, Faiq Ağayevin oğlu;
  3. Araz Kərimov- əmək haqqı şöbəsinin rəisi, 6-ildir işləyir;
  4. Ayaz Kərimov – mexanik, Araz Kərimovun qardaşı. 

“Azenco” ASC- də işləmək üçün bəs mən nə edim ? Şəxsiyyət vəsiqəmi dəyişdirib Quba- Qusar-mı yazdırım? Mən nə edim ki, Gədəbəydə doğulmuşam. Gədəbəyli olduğum üçün təqiblərə məruz qalmalıyam?

Sürücünü yandırıb zavodun içərisində gizlədən Sadvalçı  həm də vahabist Faiq Ağayev, Araz Kərimov və terroristin qardaşı Vüqar Şahmuradov birləşərək öz adamlarına külli miqdarda pul yazıb mənimsəyir, vergidən yayınıb karrupsiyaya yol verirlər. Sonra həmin pul vasitəsilə Sadvalçıları hərəkətə gətirib ölkəni qarışdıracaqlar.

Sadvalçılarla terroristin qardaşları  və müstəntiqin vasitəsi  ilə  mənimlə görüşüb  şikayətimi dayandırmağı xahiş edən “Azərenerji” ASC-nin Mühfizə İdarəsinin direktoru  keçmiş polis rəisi, Etibar Pirverdiyevlə kirvə olan Həsən Şahmuradov  birləşərək  şikayətimi davam etdirdiyim üçün  məni məhv etmək planı cızıblar.

Sizdən xahiş edirəm həyatım təhlükədə olduğu üçün mənim müraciətimi ictimailəşdirəsiniz.

Öncədən  Sizə təsəkkürümü bildirirəm. 

Hörmətlə,  Babamir Qarayev

Tel: ev. +994 12 491 21 71;

Mob: +994 50 661 23 71