Vətəndaşı hədələyib pul alan şəxslər tutuldu

  • By admin
  • 12 İyul 2017 14:42

hebs_01452

Sumqayıt şəhər sakini barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 3000 manat pul almış 4 nəfər saxlanılıblar.

Gununsesi.info xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 7-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki restoranlardan birində Sumqayıt şəhər sakini Ş.A. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 3000 manat pul almış 4 nəfər saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Anar

Gununsesi.info