
Bu il 65 yaşı tamam olan, amma təqaüd yox, yaşa görə müavinət alanlar pensiya yaşına çatanların 40 faizini təşkil edib.
Onlara 180 manat müavinət təyin olunub. Ölkədə mövcud pensiya sistemi belə acınacaqlı vəziyyət yaradıb.
Gələn il ölkədə yaşayış minimumu – yəni ən zəruri ehtiyaclara çatacaq məbləğ 246 manat müəyyən olunub.
Maliyyə naziri elan edib ki, pensiyalar 13 faiz indeksasiya ediləcək. Bu kifayət deyil, yaşa görə müavinət heç olmasa 250 manat, minimum pensiya 300-330 manat müəyyən edilməlidir.
Bir vacib məsələ də var: hazırda 40-45 il əmək stajı olan təqaüdçülərin çoxu 260-290 manat pensiya alır. Bu, olduqca ədalətsizlikdir, ömrünün üçdə ikisini əməyə sərf edən vətəndaşı qocalığında ancaq yeməyə çatan pensiyaya məkum etmək olmaz, onların təqaüdü ən azı 350-400 manata çatdırılmalıdır.
Necə olur, 25-30 il hakim, prokuror, polis rəisi və s. vəzifələrdə işləmiş məmurlar 3-4 min manat pensiya alır, müəllim, həkim və s. peşə sahibləri qəpik-quruşa möhtac qalır?
Elçin
Gununsesi.info