40 manatlıq dərmanı 500 manata satırlar – ZAHİD ORUC DƏRMAN MAFİYASI HAQQINDA TƏDBİR GÖRÜLMƏSİNİ TƏLƏB ETDİ

“Biz ilk dəfədir torpaq bütövlüyüz şəraitində, 2021-ci ilə aid qalib millətin və dövlətin büdcə sənədini qəbul edirik.Təklif edirəm ki, bu ali maliyyə sənədində Xankəndi, Xocavəndi, Xocalı və Ağdərənin də adı ayrıca sətirlə sənəddə göstərilsin. Bəli, həmin maddələrin işləməsi müəyyən zaman alacaq, lakin biz iqtisadi sənədlərimizdə artıq keçmişdə mövcud olan yarımçıqlığı, qeyd şərtlər qoymağı aradan qaldıra bilərik!”

Gununsesi.info bildirir ki, bu sözləri MM-in iclasında Millət vəkili Zahid Oruc bildirib.

O deyib ki, büdcə layihəsində Vətən Müharibəsi Şəhidlərin uşaqları üçün müavinət xərclərində 19% artım nəzərdə tutulur. Şəhid ailə üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə iştirakçılarının sosial-psixoloji və Postmüharibə sindromu adlanan problemləri həll etmək üçün Xüsusi Mərkəzlərin yaradılmasını və onun maliyyələşdirməsi lazımdır. Çünki 21-ci əsrin müharibəsi adlandırdığımız son savaşın itkiləri də bir çox xüsusiyyətləinə görə əvvəlki müharibəlrdən fərqlənir. Düşünürük ki, 20 yanvar və Şəhidlərin anım günü ilə baglı son qərar-27 sentyabr qərarını bütün müstəqllik dövrümüzün, hətta Cümhurriyyət şəhidlərini əhatə etdiyini nəzərə alaraq, vahid anım günü kimi onu bəyan etmək olar. Şəhid adının əbədiləşdirilməsi ilə bağlı 1994-cü ildən sonra qoyulan məhdudiyyət aradan qalxmalı, qaydaların sadələşdirilməsi və onlara güzəştlər vacibdir. Ümidvarıq ki, YAŞAT fondunun sayəsində şəhid ailələrinin ev, nəqliyyat vasitəsi və dövlət tədbirlərində ön cərgələrində yer verilməsi vahid bir protokol qaydası kimi qəbul ediləcəkdir”.
O daha sonra qeyd edib ki, qanunvercilik bazamız əmək müqavilələrilə işləyənləri işsizlikdən sığortalayır. Nəzərə alın ki, bizdə iqtisadi fəal əhalinin hər 3 nəfərindən yalnız 1-i əmək müqaviləsilə çalışır. Yəni, iqtisadi fəal əhalinin 65 fazindən çox hissəsi pandemiya və digər böhranlar zamanı həmin gərginliyi öz üzərilərində daha çox hiss edirlər, sosial müdafiədən məhrum olurlar. Ona görə də ölkəmizdə işsiziliyin obyektiv qiymətləndirlməsi meyarlarını, nəhayət yaratmaq lazımdır. Torpaq payı olanlardan ta dərzilərə qədər həmin status əldə də bilmirlər və beləliklə həmin sığorta haqlarından məhrumdular. Hökumət qalib millətin vətəndaşları kimi bu siyasətə yenidən baxmalıdır:

“Biz ötən həftə əmantələrin sıgortalanması ilə bağlı qanuna baxıb vətəndaşların banklara etibarını artırmaq üçün sıgorta olunan məbləğləri artırdıq. Bu yaxşı tədbirdir. Lakin bütün əmanətlərin 3.4 mlrd. manatı və ya 44%-i 100 000 manatdan yuxarı əmanət hesablarındadır. Bu hesablar bütün əmanət hesablarının təxminən 1%-dir. Əmanətlərin qalan 56%-i (4.4 mlrd. manat) və ya bütün əmanət hesablarının 99%-i isə 100 000 manatdan aşağı məbləğlərdir. Bu gəlirlərin qeyri-bərabər bölgüsünün göstəricisidir və hələ də orta təbəqənin formalaşdırlma bilməməsinin göstəricisidr. Hökumət əsas siyasəti bu fərqləri aradan qaldırmaqdır.
5.İcra hakimiyyəti sistemində hökm sürən özbaşınalıq, rüşvət və korrupsiyanın sistemli bir formada aparılması ən ciddi problemlər sırasındadır. Biz Sosial tədqiqat Mərkəzi xətii ilə aparılna sorğularda bunu çox kəskin şəkildə hiss edirik. 7 rayonun icra hakimiyyətinin rəhbərinin həbsi böyük hüquqi, siyasi, iqtisadi və eləcə də mənəvi baxımından dövlət-hökumət qarşısında ciddi çağırışdır-İcra hakimiyyəti sistemində köklü dəyişiklirərə ehtiyac var. 7 rayon əhalisi 600 mindən artıqdır… 100 minlərlə əmək ehtiyatı və iqtisadi potensial var… Nə üçün olmalıdır…”
O açıqlayıb ki, səhiyyə xərcləri 1.4 milyard manat müəyyənləşib. Bu yaxşıdır-pisdir, o ətrafda diskussiya aparmaq olar, lakin bildiyiniz kimi, COVİD-19 gənc insanlara-təkcə aşağı gəlirli insanlara deyil, orta təbəqəyə, imkanlı adamlara, hakimlərə, icra başçısına, tanınmış vəkilə, həkimlərə, bir sözlə hər təbəqədən olan insanlara rəhm etmir.

 

“Aztəminatlı dediyimiz insanlar Prezidentin müharibə çağırışına dərhal səs verdi, 44 gün ərzində düşmənlə mübarizə apardı, arxa cəbhədə olanlar tikələrini səngərlə böldü, beləcə erməni adlı şərə qalib gəldik. Prezident qəhrəman şəhid üçün ayağa qalxır. Hər birimiz, elə səhiyyə personalı da bu cür davranış göstərməlidir. Səhiyyə və TƏBİB sisteminə güvən aşağıdır. Hesab edirəm ki, müvafiq qurumlar bu istiqamətə nəzarəti gücləndirməlidir. Dərmanların qiymətləri bahadır və bu, ciddi problemdir. 40 manata olan “Favipiravir” 500 manata satılır. Əslində bu, cinayət əməlidir.

Biz problemi millətin bir hissəsinin aşağı “imkanına” bağlayanlara deməliyik: o dediyiniz adamlar 44 gündə bütün çətinliklərə şərəflə sinə gərərək Ali Baş Komandanın çağırışilə səfərbər olundular, düşmənin üzərinə getdilər, eləcə də arxa cəbhədə tikəsini səngərlə bölüb, övladlarını şəhid verib Ermənistan adlı Şərə qalib gəldilər.
“Ali Baş Komandan öz silahlı və ya silahsız ordusu ilə bütün cəbhələrdə vuruşur, qoy o adamlar da, Prezidentin siyasi qətiyyətinə, misilsiz zəhmətinə və qarşılarına qoyduğu vəzifələrə layiq olsunlar! Prezident qəhrəman şəhidi üçün ayaga qalxır. Bizim hər birimiz Səhiyyə qurumlarını xəstəxanalardan, yaxud elə hərbi səngərdə o cür görmək istəyirik.
Prezident hər bir fədakar həkim üçün ayağa qalxır… O həkimlər ki, gerçəkdən də hər cür ehtirama layiqdilər, gecə-gündüz çalışırılar. Vuruşurlar..Lakin düzgün idarəçilik olmalıdır. Əvvəllər kimsə deyə bilərdi ki, təcrübə yox idi, lakin artıq müəyyən standartlar formalaşıb, hər gün maarifləndirmə, xalqla səmimi ünsiyyət, kommunikasiya olmalı, tədbirlər düzgün həyata keçirilməlidir”.

 

 

Gununsesi.info