Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

18 Noyabr 2017 - 19:35

Vətəndaşlara qarşı dələduzluq edən şəxs həbs edildi- FOTO

Gununsesi.info xəbər verir ki, Qusarda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-nın Şimal bürosuna verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fərqli vaxtlarda rayon ərazisində ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara maddi ziyan vuran şəxs saxlanılıb.

Şübhəli şəxs qismində saxlanılan Qusar rayon Cibir kənd sakini Məhəmməd Qurbanov ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, o, bu il avqustun 7-də rayonun Gədəzeyxur kənd sakininə məxsus 4500 kq buğdanı 1800 manata razılaşaraq alıb, lakin sonra kənd sakininə pulu ödəməyərək dələduzluq edib.

Bundan başqa o, avqustun 8-də rayonun İmamqulukənd kəndində yenə həmin üsulla kənd sakinini aldadaraq, 2840 kq buğdanı 852 manata alaraq pulu ödəməkdən boyun qaçırıb.

M. Qurbanov sentyabrın 17-də rayonun Düztahir kənd sakinin etibarından istifadə edərək ona məxsus 1000 manat dəyərində olan bir baş inəyi alaraq pulunu mənimsəyib.

M. Qurbanov kənd sakinlərinə ümumilikdə 3652 manat ziyan vurub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Gununsesi.info





loading...