Ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın, partlayıcı maddə və qurğuların yığılması məqsədilə daxili işlər orqanları tərəfindən növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşları tərəfindən Pirşağı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elşad Niftiyevin evinə baxış zamanı qundağı və lüləsi kəsilmiş “İJ-18E” markalı tüfəng və 3 ədəd patron göütürülüb. Bundan baqan Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Kərimovdan “Naqan” markalı tapança və 8 ədəd patron götürülüb.
Anar
Gununsesi.info