Vətəndaşları təhqir edən gömrükçü danışdı - FƏXRİ DİPLOM ALMIŞAM (EKSKLÜZİV)

  • By admin
  • 18 Noyabr 2016 15:26

 

kamal

Gömrük məntəqəsində vətəndaşalara qarşı kobudluq edən, onlara qarşı təhqiramiz ifadələr işlədən şəxsin kimiliyi bəlli olub. Bu şəxs Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Sınıq körpü” sərhəd-keçid gömrük məntəqəsin keçmiş əməkdaşı Kamal Nəzərovdur.

Bu şəxsin kimliyi Gununsesi.info-nun apardığı araşdırmalar nəticəsində bəlli olub.

K. Nəzərov özü isə Gununsesi.info-ya açıqlamasında baş verən hadisə və bunun nəticəsində işdən çıxarılmasının səbəbləri barədə məlumat verib.

K. Nəzərov öncə deyib ki, artıq gömrük orqanlarından xaric edilib. Buna baxmayaraq o, Dövlət Gömrük Komitəsinin rəhbərliyinə qarşı heç bir iradının və onlardan narazılığının olmadığını da dilə gətirib. “Görünür, belə məsləhətdir və mən də bu qərara hörmətlə yanaşıram. Gömrükçü olmağımla fəxr edirəm. Çünki mən uzun illər gömrük orqanlarında çalışmışam və gömrük orqanları rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmanlarla, diplomlarla təltif olunmuşam”- deyə, K.Nəzərov bildirib.

Böyük əks-sədaya səbəb olan videoçəkilişə gəldikdə isə K.Nəzərov bildirib ki, həmən şəxslər gündə bir neçə dəfə Azərbaycan-Gürcüstan sərhəddini keçən şəxslərdir: “Bu şəxslər gün ərzində bir neçə dəfə sərhəd-keçid məntəqəsindən keçirlər və Gürcüstandan Azərbaycana satış məqsədi ilə siqaret və spirtli içkilər gətirirlər. Bu yolla onlar gömrükçülərin işinə ciddi maneçilik və əngəllər törədirlər. Biz də belə halların qarşısını almaq üçün mübarizə aparırıq”.

Gununsesi.info