“Vətəndaşların bəzən qanunlara dəyişikliklərdən xəbəri olmur…” - Komitə sədri çarəni yeni qanunlarda görür

  • By admin
  • 16 Sentyabr 2016 23:31

eldar-10

“Qanunlara əlavələr və dəyişikliklər vacibdir, lazımdır. Çünki qanunyaradıcılığı prosesi, dövrün reallıqları bunu tələb edir“.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bunu professor, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

“Çünki bəzən görürsən bir qanun haradasa 15-20 il qüvvədə olur və bunun özü də zaman-zaman həmin sənədə dəyişiklikləri, əlavələri zəruri edir. Ancaq bəzən elə də olur ki, çoxları bu və ya digər onu maraqlandıran qanunla bağlı edilən dəyişikliklərdən, əlavələrdən xəbəri olmur”-deyən komitə sədrinin sözlərinə görə, bu da nəticədə bəzi anlaşlmazlıqlara gətirib çıxarır.

“Ona görə də elə hesab edirəm ki, qanunlara tez-tez dəyişikliklər etməkdənsə, bu yöndə ayrıca qanunlar qəbul etmək daha məqsədəuyğundur. Yəni, əlavələr, dəyişikliklərdənsə, yeni qanun və ya qanunlar olmalıdır. Bu daha səmərəli və effektli olardı“-deyə, komitə sədri sözlərinə əlavə edib.

Kamil Həmzəoğlu

Gununsesi.info