Vətəndaşların narazılığına səbəb olan Təcili Tibbi Yardım niyə normal işləmir? – VİDEO

  • By admin
  • 16 Dekabr 2020 11:10

Son vaxtlar koronovirusa yoluxanların sayının həddindən artıq olması təcili tibbi yardıma edilən zənglərin sayının 3-4 dəfəyə qədər artmasına səbəb olub.

Gununsesi.org xezerxeber.az-a istinadən bildirir ki, insanların böyük böyük əksəriyyəti koronavirusla bağlı çağırış istəyirlər.

Bakı Şəhəri Təcili Tibbi Yardım Xidmətində Operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyevanın sözlərinə görə, bəzən insanlar bura zəng vurub düşə bilmədiklərini, və ya təcili yardım avtomobillərinin gec gəlməsindən şikayətləndiklərini bildirirlər. Bunun isə bir çox səbəbləri var.

Mərkəzdə çalışan tibb işçiləri də deyir ki, son günlər işlərinin çoxalması insanlar arasında problemin yaranmasına gətirib çıxarır.

Nuridə Fərzəliyevanın sözlərinə görə, təcili yardımda yaranan problemlərdən biri də əhali sayına görə təcili yardım briqadasının say nisbətidir. Belə ki, zəng və çağırışların sayı çox, təcili yardım briqadası isə azdır. Bu da öz növbəsində təcili yardımın gecikməsinə səbəb olur.

Gununsesi.org mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Gununsesi.org